Ayda bir dəfə bu mövzuda paylaşım etməyim mənə xüsusi zövq verir.

четвер, 00:00

Ayda bir dəfə bu mövzuda paylaşım etməyim mənə xüsusi zövq verir. Bunun səbəbi rəhbərlik etdiyim təşkilatın adından Ukraynada yardım göndərdiyimiz ünvanların sayının artmasıdır.
 
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu hər ay olduğu kimi bu ay da Ukraynanın müxtəlif şəhərlərində yaşayan aztəminatlı azərbaycanlı ailələrinə hərəsində 30 kq olan 100 qutu, ümumilikdə 3 ton ərzaq göndərdi.
Diaspor təşkilatının ən vacib funksiyalarından biri də fəaliyyət göstərdiyi ölkədə yaşayan üzvlərinin qayğısına qalmaqdır. Bundan başqa, insanlara əl tutmaq, yardım etmək hamımızın mənəvi borcumuzdur.
 
Bizim üçün böyük mənəvi məna kəsb edən bu missiyanın həyata keçirilməsinin səbəbkarı və hamisi Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəxri sədri, diasporumuzun Ukraynadakı ən böyük dayağı, Azərbaycan Respubikasının Prezidentinin "Şöhrət" ordeni ilə təltif etdiyi Oktay Əfəndiyevdir.
 
Təşkilatımızın bütün üzvləri adından hər birimiz üçün nümunə olan hörmətli Oktay müəllimə soydaşlarımıza verdiyi bu dəstəyə görə təşəkkür edir, ona gördüyü bütün işlərində uğurlar arzulayıram.
Diaspor lideri təmənnasız olaraq öz millətinə xidmət edən şəxsdir!
 

https://www.facebook.com/story.php?story_fbid=3843528652350670&id=100000807197750

Теги: 
Украина