Объединенная диаспора азербайджанцев Украины оказала материальную помощь нашим малообеспеченным соотечественникам

неділя, 00:00

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu hər ay olduğu kimi müqəddəs Ramazan ayında da Ukraynada yaşayan aztəminatlı soydaşlarımıza maddi dəstək verdi. Belə ki, bu ay da Ukraynanın müxtəlif şəhərlərində yaşayan 120 azərbaycanlı ailəsinə hərəsində 30 kq müxtəlif ərzaq məhsulları olan xüsusi qutular göndərdik.
 
YARADANIN insanlara verdiyi ən vacib və həssas vəzifələrdən biri də mərhəmətli olmaq, insanlara yardım etməkdir.
 
Bu missiyanın tərəfimizdən həyata keçirilməsinin əsas səbəbkarı böyük ürəyi olan, millətini özündən artıq sevən, diasporumuza hər zaman dəstək verən, çətin anlarımızı hiss edib özünü HIZIR kimi yetirən Oktay Əfəndiyevə dərin təşəkkürümü bildirirəm.
Qərib ölkədə öz millətinə dayaq olmağı ilə bizə nümunə olan Oktay müəllim, dualarımız daim sizinlədir.
Uca Yaradan tutduğumuz oruclarımızı, xalqımız və dövlətimiz üçün etdiyimiz duaları qəbul etsin.

https://www.facebook.com/hikmat.javadov/posts/3957784947591706

 

 

Теги: 
Украина