"Diaspor marşı" Azərbaybaycan Dövlət Televiziyasında ifa olundu

п'ятниця, 00:00

söz: Hikmət Cavadov, Arif Buzovnalı musiqi: Aygün Səmədzadə ifaçılar: Nigar Cəlilova Pərviz Abdullayev Almaxanım Əhmədli Orxan Cəlilov Ayaz Qasımov Kəmalə Əhmədova Vüsal Hacıyev İlahə Əfəndiyeva

arşın sözləri: Harda olsaq həsrətimiz Azərbaycandır! Qeyrətimiz, qüdrətimiz Azərbaycandır! Gün gələr ki, azad olar torpaqlarımız, Qarabağda dalğalanar öz bayrağımız! Bizdən deyil öz xalqına ziyan vuranlar! Vətəninin dar günündə gendə duranlar! Bizdən deyil bayrağına laqeyd olanlar! Sən-mən deyib aramıza nifaq salanlar! Vətən oğlu, qürbət eldə gəl, bir olaq biz Böyük Azərbaycan üçün vursun qəlbimiz! Şimal olsun, cənub olsun, qərb olsun, ya şərq Aldığımız hər bir nəfəs Vətən deyəcək! Azərbaycan, sənin üçün vuran hər ürək Düşmənlərin arzusunu kül eyləyəcək! Bizdən deyil dogma dilin bilməyənlər! Bizdən deyil birliyə səs verməyənlər! Bizdən deyil Azərbaycan sevməyənlər! Bizdən deyil onun üçün ölməyənlər! Vətən oğlu, qürbət eldə gəl, bir olaq biz Böyük Azərbaycan üçün vursun qəlbimiz! Qafqaz bir gun silkələnər zəfər səsindən, Xəbər verər ay-ulduzun təntənəsindən. Gün gələr ki, azad olar torpaqlarımız , Qarabağda dalğalanar öz bayrağımız! Bizdən deyil öz xalqına ziyan vuranlar! Vətəninin dar günündə gendə duranlar! Bizdən deyil bayrağına laqeyd olanlar! Sən-mən deyib aramıza nifaq salanlar! Vətən oğlu qürbət elədə gəl bir olaq biz Böyük Azərbaycan üçün vursun qəlbimiz!söz: Hikmət Cavadov, Arif Buzovnalı

 
Теги: 
Видео