Ukraynada dispor təşkilatı 450 azərbaycanlıya yardımlarını davam etdirir

неділя, 00:00

Ukraynada koronavirus pandemiyası səbəbindən çətin vəziyyətdə qalan 450 nəfər Azərbaycan vətəndaşı mart ayının 17-də Ukrayna Azərbaycanlıları Radası (məclisi) nəzdində yaradılmış operativ qərargahı tərəfindən lazımi yardımlar alırlar. Həmin qərargaha Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov rəhbərlik edir.


H.Cavadov musavat.com-a bildirib ki, ötən müddət ərzində operativ qərargahı vasitəsilə paytaxt Kiyev şəhərində 129 Azərbaycan vətəndaşına maddi yardım, 168 nəfərə ərzaq yardımı, həmçinin, xəstəxanalarda müxtəlif xəstəliklərdən müalicə olunan 9 nəfərə də müvafiq yardımlar göstərilib.
Bununla yanaşı Lviv vilayətində 68 nəfər Azərbaycan vətəndaşı yardım alıb: "Bunlar arasında 11 ahıl, 2 uşaq, 4 tələbə, bütövlükdə 4 ailənin üzvləri var. Həmin 68 nəfərdən 35-i müxtəlif xəstəliklərdən əziyyət çəkirlər.
Ölkənin qalan bölgələrində isə bütövlükdə 32 nəfər azərbaycanlıya yardım göstərilib. Onlardan iki nəfər xəstə Dnipro şəhərində, bir nəfər ağır xəstə Poltava şəhərində, digərləri Xarkov şəhərindədir. Bunlar arasında iki azyaşlı övladı olan tənha qadın, xərçəng xəstəliyindən əziyyət çəkən bir qadın, bir yaşlı körpə olan dörd nəfərlik ailə, müalicə üçün gəlmiş 5 nəfər, işlə bağlı gələrək əllərindəki pulları xərcləyib qurtarmış iki nəfər, 14 tələbə var. Maddi dəstəyə ehtiyyacı olanlara imkan daxilində yardımlar davam etdirilir".


UABD rəhbəri sadalanan bu işlərdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən, Ukraynada yaşayan azərbaycanlı iş adamlarından da böyük dəstək aldıqlarını qeyd edib: “Onların hamısına dərin minnətdarlığımı bildirirəm. Hər gün komandamızla bir yerdə operativ qərargahımızda oluruq, yardıma və dəstəyə ehtiyyacı olanlara hərtərəfli kömək edirik. Qərargaha üz tutanların müraciətlərini dinləyir, onları ərzaqla, yaşayış yerilə, xəstələri dərmanla təmin edirik”.

H.Cavadov həmçinin bildirib ki, Azərbaycan diasporuna ukraynalı millət vəkilləri də xeyli diqqət göstərirlər. O cümlədən Ukrayna parlanmentinin İqtisadi İnkişaf Məsələləri Komitəsinin üzvü Dmitro Nataluxa da qərargaha baş çəkib: “Problemləri nə qədər sürətlə həll etdiyimizi görən müxtəlif ölkələrdəki ukraynalı diasporuna da belə çevik olmalarını arzuladığını bildirdi. Həmçinin Azərbaycanda koronavirusla mübarizə barədə söhbət açan millət vəkili onda olan məlumata görə Bakıda pzndemiyayla mübarizənin yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi”.
Qeyd edək ki, 2 gün öncə Ukrayna Ali Radasını digər üzvü Lyidmila Marçenko da Ukrayna Azərbaycanlıları Radasının operativ qərargaha baş çəkmişdi.
Hikmət Cavafov bildirib ki, bu çətin günlərdə Ukraynadakı azərbaycanlı iş adamlarının operativ qərargahın fəaliyyətinə verdikləri dəstək əvəzedilməzdir.

https://musavat.com/news/ukraynada-dispor-teskilati-450-azerbaycanliya-yardimlarini-davam-etdirir_695102.html?d=1&fbclid=IwAR0f8lp_L685u0sCESJHWsRfXHPPW_XFvKDfS1ocI2c_uhi9tO-bD5yyoFk

Теги: 
Украина