Ukraynalı millət vəkilləri Azərbaycanda bir sıra görüşlər keçiriblər

вівторок, 20:42

Bu günlərdə Ukraynanın “Xalqın xidmətçisi” partiyasının üzvü olan bir qrup millət vəkilləri Bakıda səfərdə olarkən Diasporla İş üzrə Dövlət Komitəsində, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərində, Ukraynanın səfirliyində bir sıra görüşlər keçiriblər.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadovun verdiyi məlumata görə dəirmi masa şəklində keçirilmiş bu görüşlərdə iki ölkə arasındakı əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

“Ukrayna nümayəndə heyətində Valeriy Kolyux, Volodımir Kreydenko, Lüdmila Marçenko, Marian Zablotskiy, Svyatoslav Yuraş təmsil olunublar. Görüşlər zamanı Azərbaycan diasporu ilə bağlı layihələr də müzakirə olunub. Fikrimcə, həmin görüşlər hər iki tərəf üçün də səmərəli keçib. Ukraynalı milət vəkilləri Azərbaycan rəsmilərilə təmaslara xeyli maraq göstəriblər” – deyə H.cavadov qeyd edib.

Ukrayna parlamentinin (Verxovna Rada) Nəqliyyat və İnfrastruktur Komitəsinin sədr müavini Volodımır Kreydenko nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşü barədə söhbət açaraq Ukraynada yollar və infrastruktur obyektlərinin tikintisi və yenidən qurulması layihələrində Azərbaycan şirkətlərini də iştirak etməyə dəvət etdiyini diqqətə çatdırıb.

GUAM Parlament Asambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Svyatoslav Yuraş da Bakıda keçirdikləri görüşlərdə Ukrayna ilə Azərbaycanı daha da qüdrətləndirəcək qarşılıqlı maraq və perspektivlər barədə daha səlis təəssüratlar əldə etdiklərini dilə gətirib.

Ukrayna parlamentindəki Təhsil, Elm, İnnovasiya Komitəsinin Ali Təhsil Alt Komitəsi sədri Valeriy Kolyux da Təhsil Nazirliyində keçirdikləri görüş zamanı Ukrayna ali məktəblərinin diplomlarının tanınması məsələsinin müzakirəsi zamanı nazirlik tərəfindən Ukrayna ali məktəblərində azərbaycanlı tələbələrin ingilis və rus dilindəki fənlərdən hazırlığına, habelə bəzi ixtisasların akreditasiyasına nəzarəti gücləndirmək təklif olundu: “Mən də komitə üzvü olaraq Ukrayna Ali Radası tərəfindən yeni təhsil qanununun qəbul olunduğunu, bununla da Ukraynada təhsil xidmətlərinin yaxşılaşdırılacağını qeyd etdim”.

Ukrayna parlamentində Reqlament, Depunat əxlaqı, Təşkilatlanma Komitəsinin Ukrayna Millət Vəkili Statusuna Dair Qanunlar Alt Komitəsinin sədri Lüdmila Marçenko Bakıya səfərin nəticələrindən razılıq edib: “Səfir Vladislav Kanevskiylə görüşdə Azərbaycandakı böyük ukraynalı diasporla əməkdaşlıq məsələsini müzakirə etdik. Belə ki, soydaşlarımız olan, mədəniyyətimiz və adət-ənənlərimiz tanıdılan hər yerdə biz də olacağıq, hər cür təmaslara açığıq. Hazırda Ukrayna ilə Azərbaycan şəhərləri arasında tərəfdaşlıq məsələsi gündəmdədir. İndi Azərbaycanda Ukrayna Kinosu Günləri keçirmək, həmçinin Ukraynanın birinci xanımı tərəfindən də dəstəklənən Ukrayna Qadın Biznes Klubu yaratmaq, 2020-ci ilin yazında Bakıda “Ukrainian Fashion Weekend” keçirmək kimi planlar irəli sürmüşük. Hər kəsə mehribanlıq və dəstək üçün təşəkkürlərimi çatdırıram. Doğrudan da Bakıda ukraynalılara, Ukrayna ilə bağlı hər şeyə rəğbət və hörmətlə yanaşırlar”.

Keçən görüşləri dəyərləndirən UABD rəhbəri Hikmət Cavadov parlament diplomatiyasını müxtəlif sahələrdə iki ölkə arasındakı əməkdaşlığın mühüm amili olaraq səciyyələndirib.

http://diaspor.gov.az/metbuatda/m36.php?fbclid=IwAR15dUl_Yd-PTxkvjPXVdnWTT9fLDzm2b1ZqDsnOqJlL3e4lw_SSwUqlmQU

Теги: 
Украина