UABD-nin sədr müavini Murad Cəfərov "Vətən Övladı" Ordeni ilə təltif olunub - Fotolar

п'ятниця, 15:48

Azərbaycan diosporunun ən geniş yayıldığı ölkələrdən biri Ukraynadır. Burada səmərəli fəaliyyəti ilə diqqət çəkən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) ölkənin ictimai həyatında fəal iştirak edir, bir çox mədəni və xeyriyyə tədbirləri təşkil edərək, iki ölkə arasında əlaqələrin daha da inkişf etdrilməsi və milli maraqlarımızın təmin olunması istiqamətində təqdirəlayiq fəaliyyət nümunələri sərgiləyir. 
 
UABD öz fəaliyyətində demokratik prinsipləri rəhbər tutaraq soydaşlarımızın hüquqlarının müdafiəsi yönündə də fəallıq nümayiş etdirir. Azərbaycanla Ukrayna arasında mədəni və iqtisadi əlaqələrin möhkəmləndirilməsi, Ukraynada yaşayan azərbaycanlıların hüquqlarının təmin olunması, adət ənənələrimizin təbliği, Qarabağ həqiqətləri və erməni işğalına dair məlumatlandırma işlərinin aparılması, dövlətimizə ünvanlanan qərəzli və əsassız iddialara qarşı mübarizə tədbirlərinin görülməsi və s. UABD-nin diqqət yönəltdiyi əsas istiqamətlərdəndir. Hikmət Cavadovun rəhbərlik etdiyi, onun şəxsi təşəbbüskarlığı və əzmkarlığı ilə günü gündən inkişaf edən UABD, yarandığı ilk gündən Ukraynada təhsil alan tələbələrə, aztəminatlı ailələrə, eləcə də əlil və veteranlara öz dəstəyini əsirgəmir. 
 
Hər bir rəhbərin güvəndiyi, arxalandığı silahdaşları olur. Təsadüfən deyilməyib ki, güc bilikdədir. UABD-nin də gücü xalqına bağlı olan, ürəyində Azərbaycan sevgisi daşıyan ləyaqətli vətən oğullarının çiyin-çiyinə dayanıb, bir hədəfə vurmasındadır. UABD-nin fəaliyyətində xüsus əməyi və rolu olanlar sırasında tərəddüd etmədən sədr müavini Murad Cəfərovun da adını çəkmək olar. Onun dövlətə və xalqa xidmət həvəsi, milli maraqları bütün fərdi maraqlardan üstün tutması, UABD-də cəmləşmiş gənclərə həmişə örnək olub. Bütün bunları nəzərə alan "Azərbaycan Dünyası" beynəlxalq jurnalı və "Dədə Qorqud" Milli Fondu Murad Cəfərovu "Vətən Övladı" ordeni ilə təltif edib. Fondun bu qərarı M.Cəfərovun Azərbaycan diosporunun inkişafına verdiyi töhfələrə, həmvətənlərimizin təşkilatlanması işində yaxından iştirakına, adət-ənənələrimizin təbliğ olunması və milli maraqlarımzın müdafiəsi xüsusunda göstərdiyi fəallığa əsaslanır.  Fond hər il 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində müxtəlif sahələrdə öz səmərəli fəaliyyəti ilə seçilən azərbaycanlıları müxtəlif mükafatlarla təltif edir. Bu vaxta qədər "Vətən Övladı" Ordeni almış şəxslər sırasında görkəmli elm və mədəniyyət xadimlərinin, tanınmış ictimaiyyət və siyasət adamlarının adını çəkmək olar.
 
"Azərbaycan Dünyası" beynəlxalq jurnalı və "Dədə Qorqud" Milli Fondunun rəhbəri Eldar İsmayıl bu günlərdə Kiyevə səfər edərək UABD rəhbərliyi ilə görüşüb. Görüşdə Azərbaycan-Ukrayna münasibətlərinə dair fikir mübadiləsi aparılıb, diasporun fəaliyyəti, görülmüş işlər və mövcud problemlərdən söz salınıb. E.İsmayıl UABD-nin fəaliyyətini yüksək qiymətləndirib.
 
UABD-nin qərargahında keçirilən görüşdə, daha sonra təltietmə mərasimi təşkil olunub. E.İsmayıl "Vətən Övladı" Ordenini M.Cəfərova təqdim edib.
 
M.Cəfərov onun fəaliyyətinə göstərilən diqqətə görə Fondun rəhbərliyinə təşəkkürünü bildirib.