''Biz Ukraynada Saakaşvilini məhz buna görə dəstəkləyirik'' - Diasporumuzun sədr müavini Elşad İbrahimovdan SENSASİYALI AÇIQLAMA

вівторок, 12:02

Ukraynadakı Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadovun son mətbuat konfrasında verdiyi həyəcanlı açıqlamalarından sonra Enter.News Media Şirkəti Ukraynadakı diasporumuzla əlaqə saxlayaraq Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Elşad İbrahimovdan son vəziyyət haqqında məlumat alaraq öz oxucuları ilə bölüşür:
 
- Elşad bəy, Hikmət Cavadov sonuncu mətbuat konfransında Ukrayna höküməti tərəfindən Saakaşvilini dəstəkləyən fəallara qarşı müxtəlif növ təqiblərin həyata keçirilməsi barəsində açıqlama verdi. O cümlədən, Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən Azərbaycan Diasporunun rəhbərləri barəsində müxtəlif dövlət orqanlarına sorğuların göndərilməsini qeyd edib. Belə bir vəziyyət diasporun gündəlik fəaliyyətinə mane olmur?
 
- Əlbəttə ki, belə vəziyyət müəyyən gərginlik yaradır. Əlavə edim ki, təqiblər rəsmi sorğularla kifayətlənmir, məsələn artıq bir neçə dəfə idmançı görkəmli və ya guya sərxoş halında olan şəxslər açıq-aşkar bizi xoşagəlməz, konflikt vəziyyətinə salmağa çalışıblar. Diasporun ofisi qabağında şübhəli maşınlar, bizi izləmək və s. Bunların hamısı qeyri-rəsmi təqiblərdir. Ona görə biz hər bir an müxtəlif provakasiyalara hazırıq. O ki qaldı diasporun fəaliyyətinə, səmimi deyim ki, yox mane olmur. Diaspora həmişəki qaydada öz fəaliyyətini davam edir. 
 
- Saakaşvilini minlərlə insan dəstəkləyir, niyə məhz sizə qarşı belə bir mövqe var?
 
- Belə bir mövqe tək bizə qarşı deyil, bildiyiniz kimi hazırki Ukrayna hökuməti özü maydan hərəkatı ilə hakimiyyətə gəlib, Yanukoviçdən fərqli olaraq, onlar bu təcrübəni keçiblər və bugünkü gün onlar Saakaşvilini təkləmək siyasətini həyata keçirirlər, onun ətrafını təmizləmk istəyirlər. Bu yaxınlarda onun gürcü əsilli tərəfdaşlarından bir neçəsini Ukraynadan deportasiya etdilər. Bizim diaspor da hazırki xalq hərəkətini sıx dəstəkləyənlərdəndir. Saakaşvilini Ukraynaya keçirməkdən tutmuş, son hadisələrə kimi həmişə onun yanında olmuşuq. İlk dəfə elə bizim adımız onu sərhəddən keçirərkən hökumətin qara siyahısına düşüb.
 
- Niyə bəs Saakaşvili? 
 
-  Diasporumuzun bugünkü iqtidarın hakimiyyətə gəlməsi üçün yetərli qədər əziyyəti olub. Diasporumuz “Avromaydan”-nın fəal iştirakçılarından olub və hesab edirəm ki, Hikmət Cavadov həmvətənlərimiz arasında “Avromaydan”  hərəkatını rəsmi olaraq ilk dəstəkləyənlərdəndir. Poroşenko və komandası hakimiyyətə gələndə böyük ümüdlərimiz var idi. Lakin onun siyasəti özü kimi oliqarxların mənafeyinə qulluq edir. Ukrayna bu gün çox bərbad gündədir, rüşvətxorluq, korrupsiya, insan alveri, insanların, o cümlədən bizim soydaşlarımızın oğurlanması, bir sözlə cinayatkarlıq və anarxiya baş alıb gedir. Qeyd edim ki, Ukraynada 500 minə yaxın azərbaycanlı yaşayır. Əlbəttə ki, biz hüquqi və iqtisadiyyəti zəngin olan dövlətdə yaşamaq istəyirik.
Biz Saakaşvilinin Gürcüstanı necə hüquqi dövlətə çevirdiyinin əyani şahidi olduq, ona görə onu dəstəkləyirik. İnanırıq kı, hazırki xalq hərəkatı hakimiyyətə yiyələnsə, Ukraynada müsbət dəyişikliklər baş verəcək. Əsaslardan biri də odur ki, bu xalq hərəkatı hakimiyyətə gəlsə bizim onlara verdiyimiz dəstəyi dəyərləndirsinlər. Bugünkü hakimiyyətin bəzi yüksək məmurları kimi bizim millətin nümayəndələrini sıxışdırmasınlar. Bir sözlə yaşayarıq görərik.
Enter.News


 

After the sensational message made by Hikmat Javadov, chairman of Azerbaijani diaspora in Ukraine at the last press conference, Enter.News Media Company contacted our diaspora and received the following information from Elshad Ibrahimov, vice-chairman of the diaspora about the latest situation.   
 
Mr. Ibrahimov, at the last press-conference Hikmat Javadov spoke about the retaliatory measures taken by the government of Ukraine against the activists who support Saakashvili, including inquiries sent by Ukrainian Security Service to different state authorities about the leaders of Azerbaijan diaspora. Does this situation negatively affect the daily activity of the diaspora?
 
Of course, this situation causes some tension. I would add that the retaliatory measures are not limited to official inquiries. Recently, several athletically built men pretending to be drunken attacked us and tried to create a conflict situation. Suspicious cars were following us in front of the office. These are unofficial pursuits. That is why we are ready for any provocation. As for the activity of the diaspora, I would frankly say, these measures do not hinder our activity. Our diaspora is continuing its usual operation.
 
Thousands of people support Saakashvili, why do they chase you? 
 
They do not chase only us. As you know, the government of Ukraine has come to power by Maidan movement. Unlike Yanukovich, they have experienced this and today they try to isolate Saakashvili. Recently they have deported some of the Georgian companions of Saakashvili from Ukraine. Our diaspora is supporting ongoing popular movement. We have always supported Saakashvili when he came to Ukraine and in the latest events. We have been blacklisted by the government when we helped him to cross the border. 
 
But why Saakashvili? 
 
Our diaspora has done much to help present government to come to power. We have been an active participant of "Euromaidan" and I think, Hikmat Javadov is one of the first official supporters of Euromaidan movement among our compatriots. When Poroshenko and his team came to the power, we had great hopes. But his policy serves the interests of oligarches like himself. The situation in Ukraine is very bad. Bribetaking, corruption, human trafficking, kidnapping, especially kidnapping of our conpatriots, briefly saying, crime and disorder is increasing. I would like to state, that more than 500 thousand Azerbaijanis live in Ukraine. We want to live in the state with developed law and economy. We have seen how Saakashvili made Georgia a law-governed state and that is why we support him. We believe, if present popular movement comes to power, positive changes will happen in Ukraine. We want this popular movement to appreciate our support if they come to power unlike some officials of present government who opress the representatives of our people. In one word, wait and see!
 
Enter.News

 

Теги: 
Украина