Universitet məzunlarından millət vəkilinə təşəkkür

середа, 14:13

Taras Şevçenko adına Kiyev Milli Universitetinin məzunları Ukraynada təhsil alan tələbələrlə bağlı müraciət yayıb.

Missiya.Az xəbər verir ki, müraciətdə qeyd olunur: “Biz, həmin universitetinin çoxsaylı məzunları bildiririk ki, Ukraynada təhsil almış tələbələr həmişə öz intellektual səviyyələri, nümunəvi davranışları ilə fərqlənmişik. Heç də təsadüfi deyil ki, hazırda bizlərdən Azərbaycanda yüksək dövlət vəzifələri tutanlar, deputatlar, alimlər az deyil. Lakin son vaxtlar Ukraynada təhsil alan bəzi tələbələrin müvəffəqiyyət faizi, davranışları heç də qənaətbəxş deyil.

Buna görə də T.Şevçenko adına Kiyev Milli Universitetinin məzunu (hazırda professoru), Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev “www.modern.az” saytına verdiyi müsahibədə öz narahatçılığını bildirib. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_3noyabr2016_1470652522_img2159484.jpg

O, müsahibəsində qeyd edib ki, Ukraynada təhsil alan azərbaycanlı tələbələrin 60-70 faizi yaxşı oxuyur, normal davranış tərzi nümayiş etdirir, Azərbaycanın adını uca tuturlar. Lakin elə tələbələr də var ki, dərslərinə fikir vermir, asudə vaxtlarını səmərəsiz keçirir və davranışları xoşagəlməzdir. Buna görə də deputat Rüfət Quliyev belə tələbələrin valideynlərinə də müraciət edib ki, övladlarının təhsil, davranış məsələlərini diqqətdə saxlayıb, mütəmadi olaraq Ukraynadakı səfirliyimizlə, təhsil müəssisələrinin və Ukraynadakı Azərbaycan diasporunun rəhbərlərilə əlaqə saxlasınlar. 

Onun istək və arzusu odur ki, bütün tələbələrimiz öz sələfləri kimi vətənə sədaqətli olsunlar. Biz, Rüfət Quliyevi yaxından tanıyan məzunlar, bilirik ki, o, öz xalqını necə ürəkdən sevir, həmişə çalışır ki, təhsil məsələlərinə xüsusi önəm versin. Bu məsələni o, özü üçün həyat kredosu, böyük vətəndaşlıq borcu sayır. O, işçi qrupunun rəhbəri və universitetin professoru kimi bu iki xalqın ənənəvi dostluq, strateji partnyorluq əlaqələrinin daha da möhkəmlənməsi istiqamətində yorulmaz iş aparır. Son vaxtlar Ukraynada baş verən siyasi və iqtisadi proseslərlə əlaqədar o, dəfələrlə Ukraynaya səfər edib, Ali Radanın deputatları, yüksək ranqlı dövlət məmurları ilə səmərəli görüşlər keçirib. Bu da Ukraynada yaşayan azərbaycanlıların təhlükəsizliyinin, iqtisadi maraqlarının etibarlı şəkildə qorunmasına təminat yaradıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri_3noyabr2016_300xNxo0SHPVwqtUEy2gPv0X.jpg.pagespeed.ic.CCfHZ_qCdY.jpg

Rüfət Quliyev Ukraynada Hikmət Cavadovun rəhbərlik etdiyi diasporun üzvləri ilə sıx əlaqə yaratmış və çalışır ki, disaporlar arasındakı pərakəndəlik aradan qaldırılsın və Ukrayndakı diasporumuz vahid tam kimi fəaliyyət göstərsin. 

Qeyd etmək lazımdır ki, biz keçmiş tələbə dostlar iki ayda bir dəfə Bakıda görüşür, Ukraynada keçirdiyimiz günləri xatırlayır, bu ölkədə yaşayan azərbaycanlılarla bağlı məsələləri müzakirə edir və çalışırıq ki, onların heç bir problemi diqqətdən kənarda qalmasın. Biz bu görüşlər zamanı Ukraynada yaşayan və təhsil alan gənclərə də zəruri tövsiyələrimizi ünvanlayırıq. 

Biz, T.Şevçenko adına Kiyev Milli Universitetinin məzunları, R.Quliyevin Azərbaycan-Ukrayna münasibətlərinə verdiyi töhfədən qürurlanır, onun fəaliyyətini dəstəkləyir və ona bu istiqamətdə böyük uğurlar arzulayırıq”.

 

Теги: 
Украина