Poroşenkodan azərbaycanlıya yüksək mükafat

понеділок, 18:02

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Ukraynanın yüksək dövlət ordeninə layiq görülüb.

Ukrayna prezidenti Petro Poroşenkonun sərəncamına əsasən, Ukraynada aqrar islahatların inkişafında yüksək xidmətləri olan bir qrup şəxs "Dövlətə Xidmət Ordeni" ilə təltif olunub.Təltif olunanlar arasında Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov Sumu Vilayətində həyata keçirilən aqrar islahatların və aqro sənaye komplekslərinin inkişafındakı səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli dövlətə xidmət ordeninə layiq görülüb.

Prezidentin sərancamında qeyd olunub ki, Sumı vilayətində aqrar sektorun inkişafındakı səmərəli fəaliyyətinə görə Əfqan Fəqan oğlu Salmanov 3-cü dərəcəli dövlətə xidmət ordeni ilə təltif edilsin.

Qeyd edək ki ,1992-ci ildən Ukraynada yaşayan Əfqan Salmanov Sumı vilayətində nümunəvi aqrosənaye kompleksi yaradaraq, bölgədə aqrar islahatların həyata keçirilməsinə səmərəli töhfələr verib. O, Ukrayna Beynəlxalq Reytinq Akademiyasının Ali Şurasının qərarına əsasən, 2010-cu idə Sumı Vilayəti, 2013-cü ildə isə Ukrayna üzrə "nüfuzlu aqrar işçi-ilin adamı” nominasiyasına layiq görülüb. Bölgənin sosial, iqtisadi inkişafında yaxından iştirak edən həmyerlimiz beşinci və 6-cı çağırış Sumı Vilayət Şurasının deputatı seçilib.

Azərbaycanla Ukrayna arasındakı iqtisadi, mədəni, elmi, texniki əlaqələrin inkişafında səmərəli xidmətləri olan Əfqan Salmanov 2014-cü ildə prezidenti İlham Əliyevin sərəncamına əsasən, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu təyin olunub .

Теги: 
Украина