Diaspor rəhbəri “Vətən Oğlu” qızıl ordeni ilə təltif olunub - Foto

вівторок, 12:34

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Türk Şurasının Kiyev ofisinin koordinatoru Hikmət Cavadov “Dədə Qorqud” Milli Xeyriyyə Fondunun “Vətən Oğlu” qızıl ordeni ilə təltif olunub.

 

Hikmət Cavadov Ukraynada Azərbaycan diasporunun sıx birləşməsi işinə verdiyi sanballı şəxsi töhfəsinə görə mükafatlandırılıb. Mükafatı diaspor sədrinə Fondun rəhbəri, “Azərbaycan Dünyası” beynəlxalq jurnalının redaktoru Eldar İsmayılov təqdim edib.
Qeyd edək ki, dekabrın 10-da Kiyevdə Ukrayna Azərbaycanlılarının IV Forumu keçirilib. “Azərbaycan naminə bir olaq” devizi altında baş tutan tədbir Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (UABD) tərəfindən təşkil edilib. Forum ilk dəfə olaraq sosial şəbəkələrdə və “YouTube”da birbaşa yayımlanıb.
Forumdan əvvəl Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporuunun fəalları Ümummilli lider Heydər Əliyevin Kiyev şəhərində ucaldılan abidəsini ziyarət ediblər.

AzNews.az

Теги: 
Азербайджан
Украина