XOCALI QƏTLİAMI–AZƏRBAYCANLILARIN SOYQIRIMI

середа, 20:42

Dünya Azərbaycanlılarının IV Qurultayının qərarınada qeyd olunduğu kimi, Azərbaycan haqqında mə`lumatların düzgün və geniş şəkildə dünya ictimaiyyətinə yüksək informasiya vasitələrindən istifadə edərək çatdırılmasını (maddə 5); Azərbaycan dövlətinin, xalqının, milli maraqlarımızın qorunması naminə səy və bacarıqlarımızı səfərbər edərək, birliyimizi gücləndirmək (maddə 11) müddəalarını da nəzərə alaraq diaspora təşkilatlarımızın fəaliyyətləri güclənməkdədir. 
 
Hörmətli soydaşlarımız!
 
26 Fevralda Avropa ölkələrində təşkil edəcəyəmiz tədbirlərin ictimai fikirə güclü tə`sir etməsi, yaşadığımız cəmiyyətlərə doğru anlaşılan və dəqiq mə`lumatın çatdırılması, vacib olan nəticə əldə edə bilməmiz məqsədilə, Azərbaycanın Xocalı şəhərində erməni silahlı örgütləri tərəfindən azərbaycanlılara qarşı törədilən qətliamın (1992) Beynəlxalq hüququn tələblərinə görə təşkil olunması şərtdir.   
 
 
Hadisənin, xüsusilə Avropa ölkələrində bu şəkildə işığlandırılması hüquqi nöqteyi-nəzərdən doğma vətənimiz Azərbaycanın milli marağı üçün ciddi əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, BMT-nin rəsmi sənədlərində soyqırımı cinayətinin qarışısının alınması və cəzalandırılması haqqında 260 sayılı müqavilə (conventio) 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında qəbul olundu. Bu sənəd 1951-ci ildən e`tibarən qanun olaraq Beynəlxalq hüquqda “soyqırımı” anlayışının tərifini tam müəyyən edərək tətbiq olunur. Qeyd olunan sənədin 2-ci maddəsinə əsasən “soyqrımı” milli, irqi və yaxud dini zəmində müəyyən edilən əhalinin (insan qrupunun), millətin, xalqın tamamən və ya qismən müxtəlif üsullar tətbiq edərək: 1) öldürülməsi, 2) fiziki və zehni işgəncələr verəlməsi, 3) millətin və yaxud insan qurupunun fiziksəl varlığını məhv etmək məqsədilə onların yaşayış şəraitinin qəsdən dəyişdirilməsi, 4)  millətin və yaxud insan qurupunun artımının (doğumların) qarşısının alınması, 5) bir millətə və yaxud insan qurupun aid olan uşağların məcburi olaraq başqa millətə və yaxud insan qurupuna nəql edilməsi (verilməsi) kimi qəsdən göstərilən fəaliyyətlərdir (https://documents-dds-ny.un.org/doc/RESOLUTION/GEN/NR0/044/31/IMG/NR004431.pdf?OpenElement). Bu qanunu nəzərə alaraq qeyd olunan hadisə ilə əlaəqdar Avropa ölkələrində, o cümlədən dünyanın başqa ölkələrində təşkil olunacaq tədbirlərdə bu şuralardan isitifadə olunması qanuna uyğundur:
“Xocalıda erməni silahlı örgütlərin azərbaycanlılara qarşı törətdikləri qətliamı unutma!”
“Xocalı qətliamı – azərbaycanlıların soyqırımı!”
“Xocalıda azərbaycanlıların qətliamı insanlığa qarşı cinayətdir!”
“Erməistan işğal etdiyi Azərbaycan torpağlarını tərk etsin!”
“Xocalıda erməni silahlı örgütləri tərəfindən azərbaycanlılara qarşı törədilən qətliam, azərbaycanlıların soqırımı olalaraq tanınsın!”
“Erməni silahlı örgütlərinin işğal etdiyi Azərbaycanın Xocalı şəhərinə ədalət!”
 
 
Beynəlxalq qanunun tələblərini nəzərə alaraq qeyd olunan hadisə ilə əlaəqdar yazılarda, nitqlərdə, şuarlarda  “Xocalı soyqırımı” söz birləşməsi ilə yanaşı “Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı örgütləri tərəfində azərbaycanlılara qarşı törədilən qətliam” yazılsın ki, ermənilər bu məlumatları öz xeyirləreinə istifadə edə bilməsinlər; o cümlədən də xarici ölkələrin (məsələn: fransızlar, almanlar, ukrayınlar, ingilislər, polyaklar, italyanlar, ispanlar, çexlər, litvalılar, isveçlər, norveclər, ərəblər, japonlar, çinlilər və s.) vətəndaşları, müxbirləri, millət vəkilləri, nazirləri, prezidentləri anlaya bilsinlər ki, bəhs olunan qətliam erməni silahlı örgütləri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqrımıdır. Beləliklə, Xocalı qətliamının azərbaycanlıların soyqrımı olduğunu məlumat vasitələrində, rəsmi sənədlərdə yazaraq, xarici ölkələrdə bu şəkildə insanların nəzrəinə çatdırmaq lazımdır. Əlbəttə, Ermənistan silahlı örgütləri tərəfindən törədilən “Azərbaycanlıların soyqırımı / Türklərin soyqrımı” cinayyətinin xarici dövlətlərin parlamentləri və başqa dövlət qurumları tərəfindən tanınması və qəbul edilməsi üçün, Azərbaycan Ali məhkəməsənin, Beynəlxalq Ali Məhkəməsinin və Beynəlxalq Hərbi Tribunalın gərarı və müvafiq qanunlar olması vacib şərtdir. Bu qərar və qanunları əldə etdikdən sonra Beynəlxalq təşkilatlarda, o cümlədən parlamentlərdə qeyd olunan soyqırımı ilə bağlı mülahizə və müzakirələri qanunlara əsaslanaraq, siyasi nöqteyi-nəzərdən də dəqiq və savadlı işıqlandırılmasını və tanıtdırılmasını təmin etmək mümkündür. Belə olan təqdirdə istədiyimiz nəticəni əldə edə bilərik.
 
Doğma vətənimiz, müstəqil dövlətimiz üçün həyati əhəmiyyət kəsb edən qeyd olunan məsələnin həlli üçün ərz olunan müddəalar Azərbaycan Respulikasının Konstitusiyasına, o cümlədən Milli Məclisin qəbul etdiyi rəsmi sənəddə də qeyd olunduğu kimi:  “Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının Milli Məclisin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsi” müddəalarına, Beynəlxalq hüquq qaydalaına və bəhs olunan IV Qurultayın qırarına  əsaslanaraq Azərbaycanın milli marağlarını müdafiə edir.  Bir daha bütün soydaşlarımıza, diaspora təşkilatları rəhbərlərinə, hüquqçulara, millət vəkillərinə, siyasi icmalçılara müxbirlərə, gənclərə diqqətli və ayıq-sayıq olmağı arzu edirik.
Xocalıda vəfat edən azərbaycanlılara Allah rəhmət eləsin. 
 
Fərhad Turanlı – Azərbaycanlı və Ukrayanalı Ziyalılar Assambleyasının sədri
 
Kyiv ş., 21.2.2017 il
 
Теги: 
Азербайджан