Qətlə yetirilən tələbəylə bağlı yeni xəbər

четвер, 16:05

Ukraynanın paytaxtı Kiyev şəhərində azərbaycanlı tələbənin qətlə yetirilməsi faktı qeydə alınmayıb.

"Missiya" xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) birinci müavini Murad Cəfərov araşdırma aparıb. 

Murad Cəfərovun “Missiya.az”-a verdiyi məlumata görə, hadisə barədə xəbər yayılan kimi Ukrayna Daxili İşlər Nazirliyi və digər aidiyyəti qrumlarla əlaqə əlaqə saxlanılıb. Araşdırmalar nəticəsində məlum olub ki, son 3 gün ərazində Ukraynada Azərbaycan vətəndaşı və azərbaycanlının qətl faktı qeydə alınmayıb. 

“Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu olaraq dərhal araşdırmalara başladıq. Ukrayna DİN və hüquq muhafizə orqanları ilə danışıqlardan sonra son üç gündə Azərbaycan vətəndaşı və azərbaycanlının ölüm faktının qeydə alınmadığı məlum oldu. Azərbaycanla bağlı bütün məsələləri daim diqqətdə saxlayırıq. Burda təhsil alan tələbələrimizlədə daim ünsiyyətdə oluruq . Bu cür təsdiqlənməmiş xəbərlərin yayılmasına qarşıyam. Məlumatı dəqiqləşdirib sonra yazmaq lazımdır”, - deyə Murad Cəfərov bildirib.

Mətbuatda yayılan məlumatlara görə, sentyabrın 27-də Kiyev şəhərində 22 yaşlı azərbaycanlı tələbə Məhəmməd Amil oğlu Səfərəliyev naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Zaqatala rayon sakininin Ukraynada ali təhsil aldığı qeyd olunub.

Теги: 
Украина