Xocalı soyqırımının ilk şahidi - ukraynalı pilot gördüklərini danışdı

середа, 13:14

1992-ci ildə baş verən Xocalı hadisələri ilə bağlı istənilən beynəlxalq məhkəmədə şahid qismində çıxış etməyə hazıram. Soyqırımın ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviç 24 il sonra Xocalı qətliamı zamanı gördükləri barədə Bakıda danışarkən belə deyib. Jurnalistlərlə görüşündə pilot o dövrdə heyətdə olan iki nəfəri dəfələrlə axtardığını da açıqlayıb.

Ukraynalı Kraveç Leonid Markoviç Gəncədə keçmiş SSRİ ordusunda xidmətdə olduğu zaman hər gün Dağlıq Qarabağa səfər edib. 1991-ci ilin dekabrınadək ekipajdakı 3 nəfərlə birgə dinc əhalini nisbətən təhlükəsiz yerlərə daşıyıb.  Sovet ordusunun komandanlığının əmrlərini icra edən ekipaj Xocalıya icazə olmadan gedib. Gördüklərini Gəncəyə qayıtdıqdan sonra rəhbərliyə çatdıran Leonid Markoviçə jurnalistləri Xocalıya aparmaq tapşırılıb. Vaxt azlığından ərazini daha geniş çəkmək mümkün olmayıb.  Gördüklərini dəhşətli mənzərə adlandıran hadisənin ilk şahidi meyitlərin  ərazi boyu səpələndiyini heç vaxt unutmayacağını bildirir. Xocalını XX əsrin ən qorxunc qətliamı  adlandıran ukraynalı pilot faciənin dünyaya bəyan olunması üçün beynəlxalq məhkəmədə şahid qismində çıxış etməyə hazır olduğunu deyir.

AYŞƏ İSAZADƏ

http://ttv.az/Xocali_soyqiriminin_ilk_sahidi_-_ukraynali_pilot_gordukler...

Теги: 
Азербайджан