Xocalı soyqrımının ilk şahidi dəhşətli faktlar açıqladı - FOTO + Yenilənib

п'ятниця, 19:20

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviçin iştirakı ilə mətbuat konfransı keçirilib. 
 
AzNews.az xəbər verir ki, tədbirdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, pilot Kraveç Leonid Markoviç, “Cəhənnəmi görmüş pilot” sənədli filminin rejissoru Elmar Məlikov, UABD sədrinin birinci müavini Murad Cəfərov və Rasim Seydimov iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Hikmət Cavadov Markoviç barədə 2 il öncə məlumat almaları və 1 ildir ki, onunla bağlı axtarış aparmaqları barədə danışıb. 
 
Leonid Markoviş 1989-1992-ci illər ərzində SSRİ qoşunlarında xidmət etdiyini və helikopterin komandiri olduğunu bildirib: “Fevralın 27-də uçuşlara başlayanda faciə barədə heç bir məlumatımız yox idi. Bizə bu barədə heç bir məlumat verilməmişdi. Xocalının 2 kilometr şərqindən uçarkən yerdə rəngbərəng paltarlar görünürdü. Nə baş verdiyini anlamaq üçün aşağıya enməyə başladıq. Yerə yaxınlaşdıqca başa düşdüm ki, aşağıdakılar yaralı insanlardı. Ermənilər gecədən güllələdikləri insanlar arasında sağ qalanları yenidən güllələyirdilər. Buradan Gəncəyə uçduq. Bundan sonra ölkə rəhbərliyinə baş verən hadisə barədə məruzə etdik. Mütəllibovun köməkçisi bizdən xahiş etdi ki, jurnalistləri hadisə yerinə aparaq”. 
 
Xocalı faciəsinin şahidi olan pilot hadisə yerində aparılan çəkilişlərdən də bəhs edib: “Orada Çingiz Mustafayevin çəkiliş heyəti var idi. O, Moskva Dövlət Televiziyasında çalışırdı. Onu tanıyırdıq və etibar edirdik. Bilirdik ki, o düzünü deyir. Deyəsən, onunla birlikdə 3 nəfər var idi. Onlardan ikisi OMON-çu idi. Çingiz Mustafayev burada ilk çəkilişi həyata keçirdi. Çəkilişi aparmaq çox çətin idi. Çəkiliş üçün çox az vaxt var idi- cəmi 5 dəqiqə. İnsanlar qoruyucu gödəkçələr geyinməmişdi. Onlar rəsmən hədəf idilər. Axı şahidləri aradan götürmək lazım idi. Helikopteri aşağı endirə bilməzdim. Aşağıda helikopteri vurmaq asan olardı. 5 dəqiqə ərzində jurnalistlərin başı üzərində uçduq”.

18:17
 
Pilot Markoviç Xocalıda gördüyü faciə barədə xatirələrini kitab şəklində yazmaq istəyib-istəməməsi barədə sualı da cavablandırıb: “Əgər Diaspora məni tapmasaydı, gördüklərim şəxsi xatirəm olaraq qalacaqdı. Soyadımı Google-da yazsanız, “Krasnaya zvezda”ya verdiyim müsahibəni görərsiniz. Mənim həmin dövrdə uçuşları həyata keçirib-keçirmədiyim barədə çox sorğu-suallar olur. Bu bir faciə idi və heç kim belə bir faciəni uydura bilməz”. 
 
Markoviç faciə zamanı rastlaşdığı ağır bir xatirədən də bəhs edib: “Faciə günü hadisə yerində olan polis kapitanı yaralılar arasında öz oğlunu tapmışdı. Gördüyü mənzərədən şoka düşən həmin şəxs oğlunu qucağına alıb helikopterə yaxınlaşdı. Oğlunun cəsədini helikopterə yerləşdirdikdən sonra əlləri yanına düşdü. Mənə elə gəlir ki, o yaşadığı şokdan dəli olmuşdu. Texniki işlər çətinliklə onu helikopterə dartıb sala bildilər”. 
“Xocalı soyqırımı beynəlxalq məhkəmədə araşdırılmağa başlasa Markoviç burada şahid qismində çıxış edərmi? ” salına cavab olaraq pilot “Əlbəttə” cavabını verib: “Mənim vicdanım təmizdir. Gördüklərimi danışıram. Mən belə bir məhkəmədə sadəcə şahid olacağam. Azərbaycan üçün isə bu, böyük dərddir, ona sübutlar lazımdır. Əslində bu faciənin sübuta ehtiyacı yoxdur. Günəşin şərqdə qalxıb, qərbdə batmasını, dənizin mavi olmasını sübut etmək lazım deyil. Mən bütün baş verənləri öz gözümlə görmüşəm. Bəzi insanlar elə bilir ki, bəla ancaq Azərbaycanda baş verib və yalnız onun bəlasıdır. Lakin bu belə deyil. İndi bu cür faciə Ukraynada baş verir”. 
 
Markoviç özü ilə birgə helikopterdə olan digər 2 pilot barədə də danışıb: “Aleksandr Şevçenko və Viktor Zemin mənimlə birgə helikopterdə olublar. Hadisənin üstündən 24 il keçib, artıq onlarla əlaqəm qalmayıb”. 
 
“Ermənistan tərəfindən hədələr var idimi?” sualına cavab olaraq Markoviç belə bir hədə olmadığını bildirib: “Çünki bu heç kimi maraqlandırmır. Diasporadan başqa heç kim mənimlə maraqlanmayıb”.
 
Aydan Axundova

 

Теги: 
Азербайджан