UABD Kiyevdə Türkiyənin terror əleyhinə mübarizəsinə dəstək mitinqi keçirir - Video - Foto

понеділок, 15:17

Bu gün Ukrayna vaxtı ilə saat 13.00-da KiyevdəUkrayna Azərbaycanlıları Birləşmiş Diasporunun(UABD) təşəbbüsü iləTürkiyənin terror əleyhinə mübarizəsinə dəstək məqsədilə yürüş-mitinqkeçirilir. UABD-nun sədri, Türk Şurasının Kiyev ofisinin koordinatoru Hikmət Cavadovun Azadinform-a verdiyi məlumata görə, yürüş-mitinqə Kiyevdə fəaliyyət göstərən Türk diasporunun nümayəndələri də qatılacaq.
 

H.Cavadov bildirib ki, Kiyevin ən böyük meydanlarından olanMaydanda reallaşacaq yürüş-mitinqə 200-dən çox Azərbaycan və Türk diaspor üzvlərinin qatılacağı gözlənilir:“UABD-nin, xüsusən də hər iki ölkə gənclərindən Deniz Çelebi və Beyrək Allahyarovun təşəbbüslərinin  yürüş-mitinqə daha böyük töhfə verəcəyini düşünürük. Aksiyada Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, terroru lənətləyən şüarlar qaldırılacaq. Yürüş-mitinq üçün rəsmi icazəni Kiyev meriyasından Azərbaycan diasporu olaraq UABD alıb”.   

 

Теги: 
Украина