Azərbaycanın Ukraynadakı keçmiş səfiri UABD-nin fəxri üzvü elan olundu

четвер, 17:49

Azərbaycanın Ukraynadakı Fövqaladə və Səlahiyyətli Səfiri Eynulla Mədətli Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun ofisində Diaspor nümayəndələri ilə vida görüşü keçirib.

Görüşdə UABD-nin Kievdəki üzvləri ilə yanaşı, Dnepropetrovsk,  Jitmor, Xarkov kimi nümayəndəliklərin  üzvləri də iştirak ediblər. UABD-nin sədri Hikmət Cavadov  Eynulla Mədətliyə Azərbaycan diasporuna verdiyi dəstəyə görə minnətdarlıq edib. Daha sonra çıxış edən cənab səfir Azərbaycan diasporuna təməlini Ümummilli Lider Heydər Əliyevin qoyduğu azərbaycançılıq ideyası uğrunda  gördükləri işlərə görə təşəkkür edib. Səfir qeyd edib ki, Azərbaycan günügündən inkişaf edir. “Ölkəmizdə hər il müxtəlif sahədə, beynəlxalq  dərəcəli tədbirlər keçirilir. Bu tədbirlərin zirvəsi isə 12-18 iyun tarixlərində Bakıda keçiriləcək Birinci Avropa oyunlarıdır. Sabah dünya bir daha Azərbaycanın necə inkişaf etdiyinin, qonaqpərvər olduğunun bir daha şahidi olacaq.”

Ukrayna- Azərbaycan münasibətlərinə də toxunan E. Mədətli Ukrayna xalqının Azərbaycanın bir dövlət, bir xalq olaraq çətin zamanlarda onların yanında olmasını unutmadıqlarını bildirib. Cənab səfirin sözlərinə görə, keçirdiyi istənilən görüşdə istər yüksək çinli məmurlar, istərsə də sadə ukraynalılar Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsini beynəlxalq tribunalarda bəyan etməsini alqışladıqlarına görə, ona təşəkkür ediblər.

Sonda Diaspor üzvləri ayrı-ayrılıqda E.Mədətliyə diasporun inkişafındakı dəstəyə görə təşəkkür ediblər. Hikmət Cavadov Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun İdarə Heyəti adından cənab səfirə təşəkkür məktubu oxuyub.  UABD İdarə Heyətinin qərarı ilə 2010-2015-ci illərdə Azərbaycanın Ukraynda Fövqaladə və Səlahiyyətli səfiri olmuş Eynulla Mədətli Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəxri üzvü elan edildi.

Xatırladaq ki,   iyunun 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Eynulla Mədətlinin Azərbaycan Respublikasının Ukraynada səfiri və Demokratiya və İqtisadi İnkişaf uğrunda təşkilat - GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması barədə sərəncam imzalayıb.

 

Теги: 
Украина