Ukrayna Azərbaycanlıları Alimlər Şurasının ilk konfransı baş tutdu

середа, 14:58

Azərbaycanın Ukrayndakı səfriliyinin Heydər Əliyev zalında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşəbbüsü ilə yaradılan və onun strukturuna daxil olan Ukrayna Azərbaycanlıları Alimlər Şurasının iclası keçirilib.  Topalntıdan əvvəl iştirakçılar Kievdə yerləşən Ümummilli lider Heydər Əliyev adına parka gələrək onun heykəli qarşısına gül qoyublar.  İclasda Azərbaycanın Ukrayndakı fövqaladə və səlahiyyətli səfiri Eynulla Mədətli, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru Arif Quliyev, Professor Fərhad Turanlı, Çerniqov vilayətinin apelyasiya məhkəməsinin sədri Sadiq Tağıyev, Texniki- Elmlər Doktoru Murad Ömərov, tibb elmləri doktoru, professor Aydın Salmanov və Ukraynada yaşayan bir çox tanınmış azərbaycanlı alim iştirak edib. Azərbaycanlı Alimlər Şurasının nizamnaməsinə dəyişikliklər edilməsi ilə bağlı müzakirələrin aparıldığı iclasda həm də gizli səsvermə yoluyla Şuraya sədr seçilməsi məsələsi müzakirə olunub. Bundan əlavə toplantıda Şuranın qarşısında duran əsas vəzifələrdən danışılıb. Qeyd edək ki, Azərbaycanlı Alimlər Şurasının növbəti iclası sentyabr ayının 26-na keçiriləcək.

 

Теги: 
Украина