Ukraynanın paytatxtı Kievdə Azərbaycan tarixini əks etdirən kitablar sərgilənib.

понеділок, 11:54

15 may Kiev Universiteti yaxınlığında Taras Şevçenko adına parkda Universitetin Tarix fakultəsi, Ukrayna Nəşrlər və Kitab yayıcılar Assosasiyası tərəfindən «Історичне коло»  adlı  xeyriyyə mədəniyyət festivalı keçirilib.

Aksiya Ukrayna tarixçilərinin , yazıçılarının, elm xadimlərinin bir sənət dövriyyəsi ətrafında birləşdirib Tarix sahəsində birgə iş görməyə imkan yaradıb. Festival zamanı məhşur tarixçi və publisistlərlə görüşlər də keçirilib.

Festivalda fəal iştirakçılardan biri də Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının sədr müavini Kamal Qurbanov idi. Aksiya zamanı hər kəsin böyük marağını cəlb edən kitabların sırasında  Azərbaycan Tarixi , Dağlıq-Qarabağ münaqişəsinin tarixi və eyni zamanda "Azərbaycanın Sözü" qəzetinin xüsusi "Xocalı"  buraxılışı olan "Xocalı" qəzetində Dağlıq-Qarabağ və Donbass döyüşlərindəki hadisələrin paralleli əks olunub.

ÜABD sədri Hikmət Cavadov festival zamanı tədbirin aktuallığını vurğulayaraq, qeyd edibki : "Həm Ukrayna həm də Azərbaycanın sıravi vətəndaşları üçün tarix daha da maraqlı ,tarixçilər xalqa yaxın , tarixi kitablar isə dolğun və cəlb edici olmalıdır.”

Теги: 
Украина