Azərbaycanlı deputat Kiyevdə diasporumuzun ofisində olub

понеділок, 16:52

Azərbaycanın Milli Məclisinin deputatı Elmira Axundova Ukraynaya səfər edib. AZADİNFORM xəbər verir ki, xanım deputat səfər çərçivəsində Kiyevdə Ümummilli lider Heydər Əliyevin adına salınmış parkda olub. 

Daha sonra millət vəkili Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun ofisində olub. Diasporun fəaliyyəti ilə yaxından tanış olan Elmira Axundova Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun üzvləri ilə görüş keçirib.
 

Görüşdə çıxış edən UABD sədri Hikmət Cavadov diaspor üzvlərinə son bir ay ərzində erməni icmasının Ukrayna Ali Radasında qondarma erməni soqırımını tanıtması ilə bağlı cəhdlərinin azərbaycanlı parlamentarilər və diasporumuz tərəfindən necə qarşısının alınmasından danışıb və bütün diaspor adından Azərbaycanlı millət vəkili Elmira Axundovaya təşəkkür edib. 

Öz növbəsində Elmira Axundova Kiyevdə bu cür böyük diasporun bir araya gələrək, Azərbaycan uğrunda gördüyü işlərdən məmnunluğunu ifadə edib. Millət vəkili Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın Prezidenti İlham Əliyevin diaspor fəaliyyətinə böyük əhəmiyyət verdiyindən danışaraq, Heydər Əliyevin 2001-ci ildə Ukraynaya rəsmi səfəri çərçivəsində Azərbaycan diasporu ilə görüşündən maraqlı bir məqamı da xatırlayıb. 
 

Qeyd edək ki, görüşdə Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbər Roman Nasirov da iştirak edib. O da Azərbaycan–Ukrayna əlaqələrinin sıx dostluq və qardaşlıq münasibətləri üzərində qurulmasından, bu istiqamətdə azərbaycan diasporunun gördüyü işlərdən məmnunluğunu ifadə edib. 

 

Ukrayna azərbaycanlıları birləmiş diasorunun üzvləri ayrılıqda gördükləri işlər barəsində millət vəkillərinə məlumat veriblər.

 

Теги: 
Видео
Изображение
Украина