UABD Azərbaycanlı görkəmli alimin 60 illik yubileyini qeyd edib

вівторок, 18:14

Sizi, Azərbaycanın Ukraynadakı görkəmli alimini və diaspor nümayəndəsini 60 illik yubileyiniz münasibətilə təbrik edir, 
Sizə möhkəm can sağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar diləyirik. 
 
Yaradıldığı andan Sizin də böyük əməklər sərf etdiyiniz Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Liqası  nüfuzlu ictimai təşkilatlarından birinə çevrilməyə və Ukrayna-Azərbaycan münasibətlərinin müxtəlif sahələrdə inkişafına layiqincə töhfə verməyə nail olub. Liqanın Dnepropetrovskda yaşayan azərbaycanlıların Ukrayna cəmiyyətinin tərkib hissəsinə çevrilə bilməsi və özlərinin ikinci vətəninin inkişafına və çiçəklənməsinə kömək etməsi üçün gördüyü bütün işləri yüksək qiymətləndiririk. Ümidvaram ki, bu strategiya gələcəkdə də diasporumuzun səmərəli işini təmin edəcək.
 
Əminik ki, Siz bundan sonra da elmi və ictimai fəaliyyətinizi ahəngdar şəkildə əlaqələndirəcək, uğurlar qazanacaqsınız. 
Sizə ən xoş arzularımızı bildiririk.