Tanınmış azərbaycanlı Diasporun ofisində olub

п'ятниця, 13:22

Ukraynada Azərbaycan diasporunun tanınmış simalarından olan Firudin Məmmədov Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mərkəzi ofisində olub.

Mərkəzdə Diasporun fəaliyyəti ilə tanış olan Firudin Məmmədov Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının fəalları ilə də görüşüb, onlara öz tövsiyyələrini verərək, işlərində uğurlar arzulayıb. Qeyd edək ki, görüşdə Ukrayna Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Şeyx Şakir Yəhyayev də iştirak edib. UABD-nin sədri Hikmət Cavadov birgə əməkdaşlığın Ukraynada yaşayan azərbaycanlılar üçün böyük faydasının ola biləcəyini bəyan edib. Bundan sonra görüş iştirakçıları müzakirələr apararaq birgə fəaliyyət planı hazırlayıblar. Daha sonra Diaspora TV-nin studiyasında olan Firudin Məmmədov kanalın fəaliyyəti ilə yaxından tanış olmuşdur. Qonaq, bütün dünyada yaşayan azərbaycanlıları birləşdirən bu cür kanalların olmasını böyük uğur kimi qiymətləndirib.

 

Теги: 
Азербайджан