Ukraynanın Poltava şəhərində Xocalı aksiyası (FOTOLAR)

п'ятниця, 09:39

Ukraynanın Poltava şəhərində Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatı (ÜAGT) tərəfindən “Xocalını hiss et” devizi altında aksiya keçirilib. Gənclər havanın soyuq və yağışlı olmasına rəğmən aksiyanın devizinə uyğun olaraq simvolik şəkildə qolu qısa, nazik geyimdə Xocalı haqqında xüsusi buraxılış olan qəzetləri insanlara paylayıblar. Aksiya yerli əhali tərəfindən olduqca maraqla qarşılanıb, hətta bəzi insanlar havanın çox soyuq olduğunu deyərək aksiya iştirakçılarından gödəkçələrini geyinmələrini istəyiblər.
 
ÜAGT Poltava nümayəndəliyi rəhbəri Qazax Nağı Musavat.com-a aksiyanın uğurla baş tutduğunu deyib: “Düşünürəm ki, dünyanın hər bir yerində yaşayan azərbaycanlılar Xocalını qeyd etməlidir, müxtəlif formalarda etirazlar olmalıdır. Biz də etirazın bu formasını seçdik. İnsanların payladığımız qəzetləri zibil qutularına atmamaları, oxumaları üçün çalışdıq. Aksiyanı bu barədə uğurlu hesab edə bilərik”.
 
Musavat.com