Ukraynada yaşayan azərbaycanlı gənclər “Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasına qoşulublar

вівторок, 13:26

2 fevral Gənclər günü və ÜAGT-nın yaranma günü münasibəti Ukraynada yaşayan gənclər  Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mərkəzi ofisində  bir araya gələrək ,gənclər siyasətindən,lobbiçilikdən və 2015-ci ildə görəcəkləri işlər barəsində müzakirə aparıblar.

Təşkilatın sədr müavinləri İsgəndər Zamanov, Kamal Qurbanov və digər fəallarının iştirak etdiyi tədbirdə  "Mir Molodyoji"-nın rəhbəri Nicat Mirzəyev də öz fikirlərini bildirdi. UABD-nin sədri Hikmət Cavadov  Gənclər Günü ilə bağlı keçirilən tədbirdə Prezident yanında  QHT-lərə Dövlət Dəstəyi Şurası İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət üçün yaradılan “Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasına Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) da qoşulduğunu bəyan edib.  Ukrayna Azərbaycanlıları Gənclər Təşkilatının aktivlərinə necə səs verməli olduqlarını izah edən vərəqələr paylanıb.

“Bu gündən artıq təhsil ocaqlarında da məlumat yaymağa başladıq”. –deyə Hikmət Cavadov bildirib.

Diaspor sədri irəlidəki günlərdə SMS vasitəsi ilə də ismarıc yayacaqlarını bildirib: “Hazırda SMS bankında telefon nömrələrinin monitorinqini aparırıq. Məqsədimiz petisiyaya təkcə gəncləri deyil, həm də Ukraynada yaşayan azərbaycanlılardan ibarət  yaşlı nəsli də cəlb etməkdir. Düşünürük ki, bu sahədə təbliğatın coğrafi arealı nə qədər geniş olsa, ümumi işimizə də bir o qədər müsbət təsir göstərəcək”.  

H.Cavadov bu gün səhərdən başlayaraq aze.in.ua internet saytında petisiya ilə bağlı çağırış yayımlandığını və bu sayta bağlı sms göndərişlərin saat 12:00-dək baş tutacağını bildirib.

Sonda  fəal üzvlərə təşəkkürnamə təqdim edərək tədbiri yekunlaşıb.

ÜmumUkrayna Azərbaycanlı Gənclər Təşkilatı bütün gəncləri bir daha təbrik edərək ,hər birinə uğurlar arzu edib.

Теги: 
Украина