Rusların «Müharibədə müharibə qanunları ilə!» — kəlamı boş yerdən yaranmayıb — FİKİR

неділя, 14:37

Rusların «Müharibədə müharibə qanunları ilə!» — kəlamı boş yerdən yaranmayıb. Düşmən bütün qüvvələrini səfərbər edərək işğal etdiyi əraziləri əlində saxlamağa çalışdığı bir zamanda, onların bəzi dünya güclərinin də iştirak etdiyi tamaşalar üçün qrimlənmiş nümayəndələrinə qoşulan azərbaycanlıların sayı artmaqdadır. Jurnalist, hüquq müdafiəçisi və sair adlarla ermənilərlə iş birliyi quranlar, ictimaiyyətin onlara qarşı sərt mövqe tutmayacağından arxayındırlar. Ölkəni «Çalçağırıstana» çevirənlər əhalidə elə bir psixoloji durum yaratmağa müvəffəq olublar ki, sanki Qarabağ problemi ilə təkcə dövlət məşğul olmalıdır. Son dövrlərdə ermənilərlə » müştərək kompaniyalar» quranlar içərisində qadınlarımızın fəallığı, mənə rusların Qafqazı işğal etmək planının incə bir məqamını xatırlatdır. Belə ki, əsasən dağlarda yaşayan xalqları öz tərəfinə çəkmək istəyən ruslar bu tayfaların rəhbərləri ilə görüşərkən, onların qadınları üçün istifadəsinə lüzum olmayan çoxlu hədiyyələr təqdim edirdilər. Bu sadə yol, tədricən discount viagra döyüşkən tayfaların qadınlarını kübar həyatına alışdırmaq və cəmiyyəti öz daxilindən parçalamağa yönəlmiş bir siyasət idi. Süni işıqları göz qamaşdıran müasir dünyada bu üsul heç bir maneəyə rast gəlmədən ölkəmizə qarşı böyük ustalıqla istifadə edilir. Bölgədə müharibənin alovlanmasının biznes maraqlarına zidd olduğu qüvvələrdən tutmuş, erməniləri açıq-aşgar dəstəkləyən tərəflər dünyanın müxtəlif şəhərlərindəki dəbdəbəli məkanlarda fərqli adlar altında keçirdikləri tədbirlərə dəvət etdikləri bu zavallılar, bəzən özləri belə humanizmə və sülhə xidmət etdiklərinə inanırlar. Bu tədbirlərdə quzu cildi geyindirilmiş Ermənistan nümayəndələrinin öz «rəhbərliklərinə» qarşı kəskin tənqidindən ruhlanıb, milli xəyanət yolunun qapısına yaxınlaşırlar. Bu xəyanət isə heç də Azərbaycanın sərvətləri içərisində üzən nankorlara qarşı yox, ölkəsinin bir parçasının işğal edilməsi ilə heç bir vaxt barışmayanlara qarşı yönəlmişdir. Bizlərdən fərqli olaraq ermənilər bu yolu tutmaq istəyən özlərindən olanlarla daima müharibə qanunları ilə danışır. Xatirimdədir, Qarabağda ixtişaşların başlandığı ilk dövrlərdə ermənlər kütləvi tətillər keçirirdilər. Sovet qanunlarına görə ağır cinayət hesab olunan müəssisələrdə işin dayandırılmasına zorla bütü əhali cəlb edilmişdi. Strateji obyekt sayılan Xocalı aeroportunda məsul vəzifədə çalışan bir qadın güclü mühafizə altında işə gəlib-getməyini davam etdirirdi. Ermənilər gecə ikən onun yatdığı evi partladıb, qadını qətlə yetirdilər. Biz ermənilərdən fərqli olaraq heç bir vaxt qana susamamışıq. Amma sizlər heç olmasa ictimai qınaqdan qorxun! Cəmiyyət gec-tez «Səni axtarıram» yox, özünü axtarmaq yolunu seçəcək.

Eldar Tağıyev