Ukraynada yaşayan gənc həmyerlilərimiz Ulu Öndərin xatirəsini yad edib – KİYEVDƏ

понеділок, 19:24

Ümumilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı Ukraynada fəaliyyət göstərən gənclər təşkilatı başcıları tərəfindən anım mərsimi təşkil olunub.

Ümumukrayna Azərbaycanlıları Gənclər Təşkilatinin terkibindeki ,Azərbaycan – Slavyan Gənclər Assosiasiyası Ukrayna Nümayəndəliyi,Yeni Nəfəs Hərəkatı Ukrayna və Şərqi Avropa Nümayəndəliyi,Mirmayalyoj İctimai Birliyi və s. Təşkilatları funksanerləri əvvəlcə Azərbaycanın Ukraynadakı Səfirliyinin qarşısındakı parkda ucaldılmış Heydər Əliyevin abidəsini ziyarət ediblər və abidə önünə güllər qoyublar. Sonra anım tədbiri Diaspora Mərəzində davam etdirilib. Tədbir iştirakçıları Ümumilli liderin keçdiyi şərəfli ömür yolundan və Azərbaycanın birliyi və güclənməsi uğrunda apardığı mübarizdən söhbət açıblar. Sonda UAGT –da birləşən bütün təşkilat liderləri H.Əliyev yolunun onların getdiyi birlik,bütövlülük və ən əsası azərbaycançılıq ideyaları ilə eyni olduğunu qeyd edərək, həmişə bu düz yolun yolçuları olacaqlarına söz veriblər.

Теги: 
Украина