Ukraynadakı diasporumuz Heydər Əliyevi anıb - Mərasim

понеділок, 19:23

Ümumilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu tərəfindən anım mərsimi təşkil olunub.
 
"AzerFax"a verilən məlumata görə, Diaspor fəalları əvvəlcə Azərbaycanın Ukraynadakı Səfirliyinin qarşısındakı bağda ucaldılmış Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə güllər düzən soydaşlarımız anım mərasimini Dasporumuzun mərkəzi qərargahında davam etdiriblər. Tədbirdə iştirak edən UABD-nin üzvləri - alimlər, ictimaiyyətçilər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və inkişafındakı rolundan söz açıblar.
Теги: 
Украина