Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatı Kiyevdə Heydər Əliyevi andı

понеділок, 19:21

AZADİNFORM. Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatından 11 il keçir. 12 dekabr ümummilli lider Heydər Əlirza oğlu Əliyevin vəfat günü Ukraynanın Kiyev şəhərindəki Beynəlxalq İdarə Etmə Akademiyasında Azərbaycanlı tələbələr və akademiyanın rəhbərliyi tərəfindən anıldı. 
 

Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının sədr müavini Kamal Qurbanov AZADİNFORM-a bildirib ki, tədbirdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda vətəndaş sülhünə nail olduğunu, ölkədə vətəndaş qarşıdurmasını aradan qaldırmaq istiqamətində mühüm işlər gördüyünü, dövlət çevrilişi cəhdlərinin qarşısını aldığını, əmin-amanlığa yol açdığı barədə geniş fikir mübadiləsi aparılıb. K.Qurbanov bildirib ki, Ulu öndər hər zaman Azərbaycanın tərəqqisi üçün çalışıb: “Ümummilli lider müasir dövlət yaratmaqla bərabər, onun gələcək illərə hesablanmış inkişaf strategiyasını da müəyyən edib, öz zəmanəsini qabaqlayaraq, Azərbaycanın qarşısında duran strateji vəzifələri dəqiq göstərmişdi. O, Azərbaycanı mühüm strateji meydan və dünya dövlətləri birliyinin layiqli iqtisadi tərəfdaşı kimi görürdü. Hələ sovet dövründə yüzlərlə istedadlı  gənc  o vaxtkı SSRİ-nin ən qabaqcıl tədris müəssisələrinə təhsil almağa və təcrübə keçməyə göndərilirdi ki, respublikaya qayıdandan sonra əldə etdikləri bilikləri Vətənimizin inkişafı naminə tətbiq etsinlər”.
 

Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının fəal üzvlərindən olan gənclər ümummilli liderin həyatından, fəaliyyətindən və Azərbaycan Respublikasının müstəqilliyi uğrunda apardığı mübarizədən danışıblar.

Теги: 
Украина