Ukraynanın "1+1" televiziya kanalının jurnalistləri Azərbaycanın icazəsi olmadan Qarabağda olub, Azərbaycan əlehinə veriliş yayımlayıblar.

середа, 14:30

Ukraynalı jurnalistlər  Dağlıq Qarabağda, daha dəqiq,  Xankəndində olublar.  Belə ki, 23  Noyabr tarixində Ukraynanın “1+1” kanalında “ 15 respublik” adlı verilişin növbəti buraxılışı yayımlanıb.  Keçmiş SSSR-i dövlətlərindən bəhs edən verilişin bu dəfəki buraxılışında  Azərbaycan və Ermənistan Respublikalarının  hazırkı vəziyyətindən bəhs olunur. Verilişin aparıcıları həm Azərbaycanda, həm də Ermənistanda gördüklərini çəkir, yerli ailələrin birində qonaq olur, insanların yaşam səviyyəsini tamaşaçılara çatdırır. Amma bu dəfə “1+1” kanalının əməkdaşları Ukraynanın da tanımadığı separatçı rejimin qanunsuz fəaliyyət göstərdiyi Azərbaycan torpaqlarına Azərbaycan dövlətinin icazəsi olmadan səfər etmiş jurnalistlər Xankəndində də çəkilişlər aparıblar. Verilişdə onların pasportlarına Qondarma Respublikanın möhürünün necə vurulduğu da nümayiş olunub. Bununla kifayətlənməyən jurnalistlər  Xankəndində bir erməni qadından müsahibə götürür və erməni qadın da guya azərbaycanlıların erməniləri amansızcasına öldürməsindən danışır. Bundan əlavə verilişdə guya Azərbaycanın tarixi torpaqları Qarabağda hazırda erməni kişilərinin çox az olmasına səbəb kimi Azərbaycanlıların onları kütləvi şəkildə qətl etməsi kimi absurd bir fikir səslənib.
 
Qeyd edək ki, artıq məsələylə bağlı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov  təşkilatın adından kanal rəhbərliyinə rəsmi olaraq öz etirazını bildirib.
 
Azərbaycanın Ukraynadakı səfirliyi  də "15 respublika" verilişi ilə bağlı Ukrayna Xarici İşlər Nazirliyinə müraciət edib. Müraciətdə deyilir: “həmin bədnam verilişi hazırlayıb təqdim edən, Azərbaycanı mənfi qələmə verən, Ermənistanı ancaq müsbət tərəfdən göstərən, guya Azərbaycanlıların Dağlıq Qarabağda erməni kişilərini kütləvi şəkildə qətl etdiklərinə görə bu gün orada qızların oğlanlardan dörd dəfə çox olduğu kimi cəfəng iddialar irəli sürən, Ermənistan silahlı qüvvələrinin işğalında olan və heç bir dövlətin, o cümlədən Ukraynanın da tanımadığı separatçı rejimin qanunsuz fəaliyyət göstərdiyi Azərbaycan torpaqlarına Azərbaycan dövlətinin icazəsi olmadan səfər etmiş jurnalistlər Konstantin Andriyuk və Dmitriy Volkovun Azərbaycanda arzuolunmaz şəxslər sayılacağı barədə vurğulanmışdır.”
Теги: 
Украина