40 лет.

четвер, 00:00

40 лет. Это безусловно определенный и серьезный жизненный рубеж. Впору оценивать очень многое, начиная от детального и честного анализа всех прожитых лет, всего достигнутого и упущенного, всего правильного и ошибочного. В диалоге с самим собой невозможно фальшивить. И потому способность признавать промахи являются залогом того, что в будущем их удастся избежать.
При этом, безусловно, есть то, что необходимо сделать здесь и сейчас. Да, я принял важное для себя решение о смене окончания своей фамилии. Так уж получилось, что она является русифицированной. Это то, что осталось в наследство от СССР миллионам азербайджанцев разных поколений. В том числе и тем, кто родился после исчезновения этой пресловутой тюрьмы народов.
Да, на протяжении семи с лишним десятков лет Азербайджан был оккупирован Россией, которая оставалась империей, всего лишь сменив название. Азербайджанская интеллигенция, ведущие интеллектуалы, патриоты, цвет нации были сознательно уничтожены в СССР. В том самом, который танками прошелся по стремлению нашего народа к независимости в январе 1990 года. Том самом, правопреемницей которого является Россия. Её преступлениям просто нет конца. Она поддерживала и поддерживает сепаратизм в Приднестровье, Южной Осетии, Абхазии, Карабахе, а позже и на Донбассе.
Лишь военно-политическая мощь Азербайджана, азербайджано-турецкий союз удержали Россию от прямого вмешательства в ход 44-дневной войны. При этом, самолеты с оружием из России безостановочно летали в Армению. А по Гяндже, Барде, Мингечауру, Баку, по трубопроводу БТД стреляли из российских ракет. На Параде Победы на Площади Азадлыг было продемонстрировано именно российское оружие. Другого у Армении просто не было и нет.
Некоторые образцы этого оружия можно увидеть в Баку, в Парке военных трофеев. В том числе и танки с буквой Z. Танки, БТР и прочая российская военная техника с этой буквой ныне находится в Украине, уничтожая мирные украинские города, стреляя по мирному украинскому населению. Крови на руках России столько, что не отмыться многим следующим поколениям жителям новой тюрьмы народов.
В том числе поэтому, я считаю правильным избавиться от русифицированного окончания моей фамилии. Убежден, что никого из нас ничто не должно связывать с этой кровавой империей, крах которой неминуем. И именно этого, причем в самом ближайшем будущем, я желаю себе и всем нам в день своего рождения.
 
----------------------------
 
40 yaş əlbəttə ki, həyatın çox ciddi bir dönüş nöqtəsidir. Bu nöqtəyə çatarkən arxada qoyduğun illəri, əldə etdiyini və əldən verdiyini, nəyi düzgün və nəyi səhv etdiyini dürüst və ətraflı götür-qoy edib dəyərləndirmək məqamıdır. Öz-özünlə mükalimədə yalan, əyri danışmazsan, və etdiyin səhvləri boynuna ala bilsən, onları bir daha təkrar etməzsən.
Bütün bunlarla belə, elə bu an etməli olduğun şeylər də var. Mən şəxsən soyadımın sonluğunu dəyişdirmək qərarını verdim. Milyonlarla soydaşımızla bir yerdə mənə də SSRİ-dən miras qalan bir çox nəsnə içərisində rus soyad sonluğu da var. Həmin miras o bədnam xalqlar xəbsxanası süqut etdikdən sonra dünyaya gələnlərin belə xeyli hissəsinə də “qismət” oldu.
Yetmiş ildən artıqdır Azərbaycanımızı işğal altında saxlamış Rusiya əslində adını dəyişib SSRİ qoysa da, mahiyətcə imperiya olaraq qalıb. Ziyalılarımızı, vətənpərvər oğullarımızı, millətin ən yaxşılarını güllələyən, həbslərdə çürüdən SSRİ artıq ölüm ayağında ikən, 1990-cu ilin yanvarında haqsızlığa qarşı ayağa qalxmış xalqımızın azadlıq kükrəməsini tanklarla əzməyə çalışdı. Həmin SSRİ ki, indiki hüquqi varisi Rusiya Federasiyası eyni cinayətləri ardıcıllıqla davam etdirir. Rusiya qonşu ölkələrdə Transnistru, Cənubi Osetiya, Abxaziya, Qarabağ, nəhayət Donbas separatçılıq ocaqlarını alovlandıraraq yanğına çevirib.
Azərbaycanın hərbi siyasi qüdrəti, Azərbaycan – Türkiyə birliyi Rusiyanı 44 günlük müharibəyə açıq müdaxilə etməkdən çəkindirsə də, həmin ölkədən silah-sursat dolu təyyarələr ardı-arası kəsilmədən Ermənistana göndərilirdi. Gəncəyə, Bərdəyə, Mingəçevirə, Bakıya, BTC kəmərinə Rusiyanın raketlərilə hücumlar oldu. Azadlıq meydanımızdakı Zəfər paradında məhz Rusiya silahları nümayiş etdirilib. Çünki Ermənistanın başqa silahları yoxdur, olmayıb. Həmin silahlardan hazırda Bakımızın Qənimətlər Parkında da var. Onlar arasında bədnam Z işarəli tanklar da görmək olar. O cür işarə olan tanklar, müxtəlif zirehli texnikalar bu gün Ukraynada dinc əhaliyə divan tutur, şəhər və kəndləri viran qoyur. Beləliklə, Rusiyanın əlləri büsbütün günahsız qana batıb, bu qanı yeni xalqlar həbsxanasının neçə-neçə nəsli belə yuyub təmizləyə bilməyəcək.
Bu da məni soyadımın sonluğunu dəyişdirib rus mirasından qurtulmağa vadar edən əhəmiyyətli səbəblərdən biridir. Şübhə etmirəm ki, gec-tez süqut edəcək o qanlı imperiya ilə bizi bağlayan telləri hər birimiz qırıb atmalıyıq. Özümə də, hamımıza da tezliklə həmin o süqutu görməyi arzulayıram.

Hikmat Javad

https://www.facebook.com/javadhikmat/posts/533565264805671

Теги: 
Украина