"Xaricdə həmyerlilərinə dəstək ol!"

середа, 00:00

Gözəl və faydalı işlərə davam!
 
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun bu davamlı layihəsindən xüsusi zövq alırıq. Çünki gördüyümüz işin nəticəsinin ünvanı Ukraynadakı aztəminatlı soydaşlarımızın evləridir.
Hər ay olduğu kimi bu ay da Ukraynada yaşayan 150 aztəminatlı azərbaycanlı ailəsinə hərəsində 30 kq müxtəlif ərzaq məhsulları olan xüsusi qutular göndərdik.
Bu ərzaqların alınması, qutulara yığılması və özəl poçtla 150 ünvana göndərilməsi diasporumuzun sevimlisi, dayağı, təşkilatımızın fəxri sədri Oktay Əfəndiyevin hamiliyi ilə realizə olunur.
Bu məsələ ilə bağlı Oktay müəllim hər zaman belə deyir: "Nə qədər ki, varam, Ukraynadakı kasıb həmyerlilərimizə hər zaman dəstək olacağam".
 
15 ildən artıq bir dövrdə diaspor fəaliyyətilə məşğul olduğumdan deyə bilərəm ki, inandırıcı görüntü yaratmaqçün maraqlı səslənən, ağız dolusu, gurultulu sözlər demək, rəngarəng qalstuk və kostyumlarda, müxtəlif pozlarda şəkil çəkdirmək də yaxşıdır, amma, faydalı deyil. Əsas məsələ, xalqının maraqlarına uyğun fəaliyyət aparmaqla yanaşı, qərib ölkədə soydaşlarına yaxın olmaq, onların problerinə şərik olub həllinə nail olmaqdır.
 

 

Теги: 
Новости регионов