Dünya Azərbaycanlıları Beynəlxalq Fondunda yeni təyinat

п'ятниця, 00:00

Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun Mədəniyyət, sosial və humanitar məsələlər komitəsinə rəhbər təyin olunub. 

XQ xəbər verir ki, bu vəzifə AYB-nin üzvü, İngiltərənin “10 ən yaxşı xarici şairi”ndən biri seçilmiş, “Söz” Ədəbi-bədii dərnəyinin sədri, şairə, publisist Nigar Həsənzadəyə həvalə olunub.

Təyinatla bağlı N.Həsənzadə bildirib ki, "2023-cü ilin sentyabr ayından Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun təklifini qəbul etdim və fondun Mədəniyyət, sosial və humanitar məsələlər komitəsinin rəhbəri təyin olundum. Mənə göstərdiyi etimada görə fonda təşəkkür edirəm".

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) 2023-cü ildə İsveçin paytaxtı Stokholm şəhərində təsis olunub. 

Anar ƏLİ,

XQ

 

https://xalqqazeti.az/az/medeniyyet/145855-dunya-azerbaycanlilari-beynelxalq-fondunda-yeni?fbclid=IwAR265g4dCefmj57xiyQiY66s78SwDeDeoO5UO5PxWISmhp1yWzXYv98eWfQ

Теги: 
Мир