Azərbaycanın Müstəqillik Günü... - “Kiyev günü”ndə

вівторок, 00:00

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşəbbüsü ilə Azərbaycanın Müstəqillik Günü Kiyevdə təntənəli konsert proqramı ilə qeyd olunub.

XəzərNews.az xəbər verir ki, Ukrayna Ali Radası sədrinin müşaviri, UABD sədri Hikmət Cavadov bildirib ki, Azərbaycanın Müstəqillik Günü hər il may ayının son bazar günü keçirilən “Kiyev Günü”nə təsadüf edib: “Kiyevdə yaşayan azərbaycanlılar üçün bu tədbir ikiqat bayrama çevrilib. Kiyevdə bir neçə dəfə hava hücumu həyəcanının səslənməsinə baxmayaraq, biz nəzərdə tutulan konserti keçirməyə nail olduq. Bu həm də bir rəmzi məna daşıyırdı. Hazırda öz azadlığı uğrunda mübarizə aparan Ukraynanın paytaxtında tarixi vətənimizin müstəqilliyinin 105-ci ildönümünü təntənəli şəkildə qeyd etdik. Konsertdə iştirak edənlər bununla nümayiş etdirdilər ki, müstəqilliyimiz istənilən maneələr qarşısında dönməz və sarsılmazdır”.

H.Cavadov Ukrayna xalqına ölkənin düşmən işğalından azad edilməsində birlik və cəsarət arzulayıb: “Azərbaycanın 44 günlük müharibədə qələbəsi ukraynalıları çox ruhlandırdı və Allahın köməyi ilə biz tezliklə Ukraynanın qələbəsini birlikdə qeyd edəcəyik”.

Bayram şənliyinin təşkilatçısı Ukraynanın xalq artisti Qurban Abbasovun rəhbərlik etdiyi Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi olub. “Azərbaycan” və “Qafqaz” ansambllarının incəsənət xadimlərinin də iştirak etdiyi konsertdə Ukraynanın xalq artisti Qurban Abbasov Azərbaycan mahnılarını ifa edib.

Tədbirdə Ukrayna Azərbaycanlıları Radasının fəalları da iştirak ediblər.

https://xezernews.az/?name=xeber&news_id=92423&fbclid=IwAR2_83IYrdt0kqp_M-AxHtzU-4LNRKHk4D4uAlUQNMzEsKIbVY8yFTGW7_w

 

Теги: 
Изображение