Vitali Kliçko: “Azərbaycanın bir çox yaxşı yaradıcılıq ideyalarını təkrarlayırıq” - EKSKLÜZİV

п'ятниця, 00:00

“Kiyev və Bakı qardaş şəhərlərdir. Bizim bir çox ortaq cəhətlərimiz, bir çox mədəni əlaqələrimiz, biznes layihələrimiz var və mən əminəm ki, onlar inkişaf edəcək”.

Bu fikirləri “Report”un Şərqi Avropa bürosuna Ukrayna paytaxtı Kiyevin meri Vitali Kliçko bildirib.

“Bakıda ən hündür bayraq dirəyini gördük və Kiyevdə də oxşarını quraşdırdıq. Əlbəttə ki, Bakıdakı kimi hündür deyil, lakin buna baxmayaraq, Azərbaycanın bir çox yaxşı yaradıcılıq ideyalarını təkrarlayırıq”, – o deyib.

V.Kliçko, həmçinin Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə təbrik edib: “Mən Azərbaycanı 103-cü illiyi münasibətilə təbrik edir, ən yaxşı arzularımı çatdırır və Azərbaycanla münasibətlərimizin daha da möhkəm olmasını, hər zaman anlayışın olmasını, Azərbaycanla Ukraynanın inkişaf etməsini arzulayıram”.

Onun sözlərinə görə, eynən Azərbaycan kimi, Ukrayna da ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizə aparır.

https://report.az/medeniyyet-siyaseti/vitali-klicko-azerbaycanin-bir-cox-yaxsi-yaradiciliq-ideyalarini-tekrarlayiriq/

Теги: 
Украина