70 малоимущим семьям азербайджанцев была оказана продовольственная помощь.

п'ятниця, 00:00

Bu gün Ukraynada yaşayan 70 aztəminatlı azərbaycanlı aləsinə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) adından hər ay olduğu kimi ərzaq göndərdik. Dünyadakı iqtisadi durumun fonunda xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın həmin ölkələrdə maddi cəhətdən əziyyət çəkən soydaşlarımıza dəstək olması çox vacibdir.
 
Artıq 1 ilə yaxındır ki, bu layihənin həyata keçirilməsində əsas yükü UABD-nin fəxri sədri, təşkilatımıza hər zaman hamilik edən, çətinə düşən soydaşlarımıza köməyini əsirgəməyən, vətənpərvər, millətçi, diaspor fəaliyyətinə görə Azərbaycan Respublikasının prezidentinin "Şöhrət ordeni" ilə təltif etdiyi, hörmətli Oktay Əfəndiyev öz üzərinə götürmüşdür.
 
Şübhəsiz ki, azərbaycançılıq, vətənpərvərlik insanın sözündə deyil, əməlində olmalıdır. Millətinin maddi cəhətdən çətinlikdə olan nümayəndələrinə dəstək olmaqda Oktay müəllim hamımıza nümunədir.
Rəhbərlik etdiyim təşkilatın adından ona dərin təşəkkürümüzü bildirirəm.

 

Теги: 
Украина