Diasporumuz il ərzində milli maraqlarımıza xidmət edən müxtəlif formatda tədbirlər keçirir.

четвер, 01:36

Kitablar, qəzetlər çap edir, forumlar, konfranslar keçirir, soydaşlarımıza hüquqi yardımlar edir, yerli mediada məqalələr yayımlayır, televiziya kanallarına müsahibələr verir, yerli seçkilərdə iştirak edir, foto və rəsm əsərlərinin sərgilərini keçirir, musiqi festivallarında xalqımızı təmsil edir, idman yarışlarına qatılır, məhkəmələrdə soydaşlarımızın müdafiəsinə qalxır, vilayət, şəhər rəhbələrilə, siyasi partiyaların aparıcı şəxslərilə görüşlər, bayram günlərimizlə bağlı qəbullar keçirir, düşmən yalanlarının qarşısını alır, ədəbi gecələr hazırlayır, ziyafətlər verir, yetimlər evlərinə maddi dəstək göstərir, müxtəlif şəhərlərin filarmoniya, konservatoriya, operalarında konsertlər təşkil edir.
 
Ancaq, diaspor üçün ən vacib milli məsələ millətinin aztəminatlı nümayəndələrinə verilən qiymət və ayrılan diqqətdir. Mövcud olduğu ölkədə yardıma ehtiyacı olan üzvlərinə faydası olmayan diaspor təşkilatının fəaliyyətinin nə mənası ola bilər ki?!!
Biz - Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) hər ay Ukraynada olan aztəminatlı 130 azərbaycanlı ailəsinə hərəsində 30 kq-lıq ərzaq qutuları göndərməkdə davam edirik.
 
Bu yardımın edilməsi Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəxri sədri, Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Şöhrət" ordeni ilə təltif olunmuş, millətini hər şeydən üstün tutan, ürəyi vətəni və soydaşları ilə döyünən, təşkilatımızın dayağı olan hörmətli Oktay Əfəndiyevə hamımızın adından xüsusi təşəkkürümü bildirirəm. Oktay müəllim, kaş ki, hamı Sizin kimi millətini düşünən ola!
 
Ancaq yer qanunları ilə yaşayanlar həyatın mənasını, özünün dünyadakı missiyasını anlamadan, dünyanı dərk etmədən elə bu qanunlar üçün də ölər, Yaradanın ona verdiyi şansı - həyatını dəyərləndirə bilmədən bir başqa paralelə köç edərlər. Köç edənlərə isə vardıqları ünvanda tədbirlərdə çəkdirdikləri mənasız foto şəkilləri deyil, ali dəyərlər üçün etdikləri rahatlıq gətirər.
Yüksək dəyərlər üçün yaşa ki, yüksəkdə olmağa layiq olasan!

 

Теги: 
Украина