Ukraynada “Qarabağ Azərbaycandır!” şüarı ilə tanıtım

неділя, 00:00

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilatçılığı ilə başlanan aksiya bu gün Kiyev və Jitomir şəhərlərində baş tutub.

"Qafqazinfo" xəbər verir ki, aksiya zamanı hava balonunun üzərinə “Qarabağ Azərbaycandır!” şüarı yazılaraq səmaya buraxılıb. İlk uçuşda gənclər və media nümayəndələri olublar.

Layihə rəhbəri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov bildirib ki, bu cür təbliğat xarakterli aksiyaların məqsədi Ukrayna cəmiyyətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri çatdırmaqdır: "Aksiya mütəmadi olaraq baş tutacaq. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istəyən hər bir kəs bu aksiyaya qoşula bilər".

Aksiya Azərbaycan diasporuna dəstək olan iş adamlarının sayəsində baş tutur. Ukrayna sakinləri bu gün hava şarını bir saata yaxın müşahidə edə biliblər.

https://qafqazinfo.az/news/detail/ukraynada-qarabag-azerbaycandir-suari-ile-tanitim-297553?fbclid=IwAR1ghR0Bf8B0ZkWUPXoiM23Tt9tdzpRRYHZx3kXqX9tP2rAPgDcN_cI3VsU

Теги: 
Украина