Azərbaycan mətbuatı niyə beynəlxalq arenaya çıxa bilmir? - DİASPOR RƏHBƏRİNİN İRADI

вівторок, 20:21

Azərbaycan Televiziyasının “Əsas məsələ” tok-şousunun aparıcı Rüfət Həmzəyevin təqdimatında efirə gedən budəfəki buraxılışında Azərbaycana qarşı bəzi xarici dairələr tərəfindən aparılan qarayaxma kampaniyaları, bu kampaniyalara qarşı atılmalı olan addımlar müzakirə edilib.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov qeyd edib ki, ötən ilin yekunları ilə bağlı müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan və Ermənistan iqtisadiyyatı ilə bağlı apardığı müqayisələr bəzi xarici dairələri narahat edib: “Başladılar uydurma rəqəmlər açıqlamağa ki, guya hansısa indekslər üzrə Ermənistan Azərbaycandan qabaqdadır”.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq üzrə elmlər doktoru Hikmət Cavadovun sözlərinə görə, Azərbaycan mətbuatı beynəlxalq miqyasda tanınmır: “Yerli mətbuat oxunmur deyə biz beynəlxalq ictimaiyyətin fikrini öz milli mətbuatımızla dəyişə bilmirik. Onda nə etməli? Belə halda xarici KİV-lərlə sıx əməkdaşlıq etmək lazımdır. Özümüz yazıb, özümüz oxuduğumuz məqalələr xaricdə təsir qüvvəsini itirir”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə bildirib ki, dünya ictimaiyyətinə mesajlarımızı Türkiyə mediası vasitəsilə çatdıra bilərik: “Bəzən hətta Türkiyə mediası özü bizim haqqımızda məlumatları üçüncü mənbədən əldə edir”.

 

http://www.aztv.az/az/news/4850/azerbaycan-metbuati-niye-beynelxalq-arenaya-cixa-bilmir-diaspor-rehberinin-iradi?fbclid=IwAR0xwVHiAGQ4lPBSeKsxlHBa-SJ_2oRucoqIFwB1cFyBe7VYRGdh6_QMZ9A

Теги: 
Видео