Sovet İttifaqının sonuncu milli qəhrəmanı Qarabağda azərbaycanlıları xilas edərkən həlak olub

середа, 15:06

Ukraynanın Poltova vilayətində Azərbaycanın Qubadlı rayonunda azərbaycanlıları ermənilərdən xilas edərkən həlak olmuş Sovet İttifaqının sonuncu milli qəhrəmanı Oleq Babakın anım mərasimi keçirilib. Anım tədbirində Ukraynanın yüksək çinli dövlət məmurları ilə yanaşı, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporun sədi Hikmət Cavadov, Dnepropetrovsk Azərbaycanlıları Liqasının sədri Sərxoş İsmayılov, Liqanın üzvləri Eldar Tağıyev, Nadir Zeynalzadə iştirak edib, şəhidin məzarı üzərinə gül dəstələri düzüblər. "Ukrayna Azərbaycalılarının Alimlər Şurası"nın sədri, professor, hüquq-elmləri doktoru Arif Quliyev şəhidin ailəsinə və tədbir iştirakçılarına Azərbaycan Respublikasının Ukraynadakı Fövqaladə və Səlahiyyətli səfiri Eynulla Mədətlinin adından başsağlığı məktubunu oxuyub.  Mərasim iştirakçıları Oleq Babakın adını daşıyan məktəbdə onun adına açılmış muzeyi də ziyarət ediblər.  Daha sonra  şəhidin adına ehsan süfrəsi də verilib.

 Xatırladaq ki,  7 aprel 1991-ci il tarixində Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra 24 yaşlı Oleq Babak SSSR  Daxili İşlər Nazirliyinin 21-ci briqadasının tərkibində Qubadlıya göndərilir. Burda yerli kənd camaatı ilə birgə təxminən 70 nəfər erməni silahlısının mühasirəsinə düşür.  Ermənilərin yerli sakinləri təhvil verib geri çəkilmək tələbinə məhəl qoymayan 24 yaşlı ukraynalı leytenant  heç bir nəfər də azərbaycanlının əsir düşməsinə imkan verməyərək son gülləsinə qədər vuruşaraq qəhrəmancasına həlak olub. Onun bu şücaəti nəticəsində yüzlərlə azərbaycanlının həyatı xilas olub.

Bir maraqlı faktı da qeyd etmək lazımdır ki, Oleq Babakın həyatını xilas etdiyi Qubadlı sakinləri onu “Babək” adlandırırlar.  

UABD   Idarə Heyətinin növbəti yığıncağında yüzlərlə azərbaycanlının həyatını xilas etmiş Oleq Babaka Azərbaycan Milli Qəhrəmanı adının verilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlanacaq.  

Теги: 
Изображение
Новости регионов
Украина