Dnepropetrovksda azərbaycanlılara erməni təxribatına uymamaq tövsiyyə olunub.Fotossesiya

середа, 15:02

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və  Dnepropetrovks Azərbaycanlıları Liqası bu şəhərdə yaşayan azərbaycanlılarla görüş keçirib.

Görüşdə UABD-nin sədri Hikmət Cavadov, Dnepropetrovks Azərbaycanlıları Liqasının sədri Sərxoş İsmayılov, azərbaycanlı alim Eldar Tağıyev və bir çox ziyalılar iştirak edib. Tədbirdə çıxış edən UABD-nin sədri Hikmət Cavadov Ukrayna-Azərbaycan münasibətlərinin artıq daha da möhkəmləndiyindən danışıb. Onun sözlərinə görə, Ukraynalı parlamentarilərin bu yaxınlarda Bakıya rəsmi səfəri bu münasibətlərin əslində necə də sıx dayaqlara malik olduğunu bir daha sübut etdi. H. Cavadov vurğuladı ki, Dnepropetrovksda çoxsayı Azərbaycan diasporu var. “Biz çox sevinirik ki, onlar arasında ziyalılar,şəhərin sayılıb-seçilən insanlarından hesab edilən  iş adamları çoxluq təşkil edir.”

 Görüşdə yerli sakinlər Dnepropetrovks Azərbaycanlıları Liqasının sədri Sərxoş İsmayılovun rəhbərliyi altında Azərbaycan məktəbinin və mədəniyyət mərkəzinin uğurlu fəaliyyətindən məmnun olduqlarını bildirdilər.  Bundan başqa, azərbaycanlılar qarşıdan gələn Qondarma Erməni soyqırımının il dönümü ərəfəsində erməni diasporunun yalanlarını ifşa etməyin yollarını və bunun üçün görüləcək işləri də müzakirə ediblər.  Bu məsələnin Dnepropetrovskda müzakirə edilməsi təsadüfi deyil. Çünki  Dnepropetrovks Azərbaycanlıları Liqası Ukraynda fəaliyyət göstərən ən böyük və güclü diasporlardan biridir. Buna görə də, yığıncaqda iştirak edən bütün azərbaycanlılara tövsiyyə edilib ki, erməni təxribatlarına uymasınlar.

Sonda Azərbaycan diasporunun Ukraynadakı inkişafı ilə bağlı müzakirələr aparılıb. 

Теги: 
Изображение
Новости регионов
Украина