Bakıdan Kiyevə uçan təyyarə qəza enişi edib

четвер, 12:28

Bu gün səhər Bakıdan Kiyevə uçan sərnişin təyyarəsi Rusiya ərazisində - Mineralnıe Vodı şəhərində məcburi eniş edib. Bu barədə Modern.az saytına təyyarənin azərbaycanlı sərnişinləri məlumat veriblər. Hazırda “Minvod”da olduqlarını deyən sərnişinlərin sözlərinə görə, onlara təyyarənin texniki nasazlıq səbəbindən məcburi eniş etdiyi bildirilib. 

Modern.az saytının əməkdaşı hadisəylə əlaqdar AZAL-la əlaqə saxlayıb. Aviaşirkətin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli onlara belə məlumat daxil olmadığını söyləyib.
Əməkdaşımız təkrarən “Minvod”da olan sərnişinlərlə əlaqə saxlayıb. Onlar faktı bir daha təsdiqləyiblər.

Gülşən Raufqızı

Теги: 
Азербайджан
Мир