Ukraynanın Baxmut şəhəri uğrunda döyüşlərdə azərbaycanlı hərbçi həlak olub

п'ятниця, 00:00

Ukraynanın Baxmut şəhəri uğrunda gedən döyüşlərdə Ukrayna ordusunun hərbçisi olan azərbaycanlı İlkin Hacıyev həlak olub.

Bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, 30 yaşı olan İlkin Hacıyev əslən Azərbaycanın Mingəçevir şəhərindəndir. O, Ukraynaın Vinnitsa şəhərində yaşayıb.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu bildirir ki, hazırda dünyanın taleyini müəyyən edəcək Rusiya-Ukrayna müharibəsində yüzlərlə azərbaycanlı rus imperializminə qarşı Ukrayna xalqı ilə çiyin-çiyinə döyüşür. Rusiyaya qarşı döyüşlərdə indiyədək 40-a yaxın azərbaycanlı həlak olub.

https://www.amerikaninsesi.org/a/azerbaijani-soldier-killed-in-the-battle-for-bakhmut/6999350.html

 

Теги: 
Украина