Ukraynadakı bəzi “fəallar” kimləri hədəf seçib?

неділя, 00:00

Bilirsiniz niyə Ukraynadakı bəzi “fəallar” Diasporla İş üzrə Dövlət Komitəsini hədəf seçib?

Çünki, qurumun yeni rəhbərliyi diasporumuzu yoluxduğu ölümcül bir xəstəlikdən xilas etmək istəyir.

Bu xəstəliyin əsas əlaməti, öz fəaliyyətsizliyini gizlətmək məqsədi ilə, milli maraqlarımız naminə real iş görənləri “müxalifətçi” adı ilə proseslərdən uzaqlaşdırmaq idi.

Ucuz lozunqlar və şəkillər paylaşmaqla özlərini “vətən aşiqi” elan edənlər, ölkə xaricində millətin sədaqətli övladlarını siyasi müstəviyə çəkməklə, onları ləkələməyə çalışırdılar.

Təəssüf ki, müəyyən səbəblərdən özündə güc tapa bilməyən keçmiş komitə sədri Nazim İbrahimov, onların şıltaqlıqlarına dözürdü.

Bu gün siyasi baxışlarımızdan asılı olmayaraq, Azərbaycan naminə real iş görən hər birimizlə əməkdaşlıq edən Diaspor Komitəsi Ukraynada onların çirkin əməllərinə son qoymaq üçün var gücü ilə mübarizə aparır.

Ölkə xaricində hamımız Azərbaycan övladıyıq, milli, siyasi, dini baxışlarımızdan asılı olmayaraq.

Bizim Ukraynadakı qələbəmiz, bütün dünya dövlətlərindəki diasporumuzun qələbəsi olacaq. Dəstək olun!

Eldar Tağıyev

https://xezernews.az/?name=xeber&news_id=82153&fbclid=IwAR22f_qmqrLtLmbR90DLmPrtacXipTGkCrOGEqfs6gupl81UpT78rAKh5-0

Теги: 
Азербайджан