Ukraynalı aktyorlar ADMİU-nun tələbələri üçün master-klass keçirib

вівторок, 00:00

Azərbaycan Respublikası Diasporla İş üzrə Diaspor Komitəsinin təşəbbüsü ilə Ukraynanın “Qara kvadrat” improvizasiya teatrının aktyorları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin görüşüb.

İlk olaraq Komitənin əməkdaşı Nəsibə Əsgərova Ukraynanın “Qara kvadrat” improvizasiya teatrı barədə məlumat verib. Sonra teatrın aktyorları tələbələrlə səhnə qabiliyyəti və səhnə danışığı üzrə interaktiv master-klass keçirib. Sonda ukraynalı aktyorlar jurnalist-yazar Elşad Eyvazlının Xocalı soyqırımına həsr olunmuş “Böyüməyən uşaqlar” əsərinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşadan bir parça nümayiş etdiriblər.

Xatırladaq ki, Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Ukrayna Azərbaycanlıları Radasının, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Mədəniyyət Nazirliyinin iştirakı ilə Ukraynanın “Qara kvadrat” improvizasiya teatrının ifasında fevralın 25-də Opera və Balet Teatrında “Böyüməyən uşaqlar” tamaşası nümayiş etdirilib.

http://diaspor.gov.az/xeberler2020/x4039.php?fbclid=IwAR2SleN-UXCtDSY9tAQXwKjACm9hK574w2EevsBsSKW1Kyu73cLmOaHu_94

Теги: 
Азербайджан