Ukraynada həlak olan azərbaycanlı döyüşçünün xanımı

четверг, 16:47

Ukrayna-Rusiya savaşında həlak olan Sabir Qəzənfərov dünən dəfn olunub.

Bu barədə Lent.az-a danışan jurnalist İdrak Camalbəyli bildirib ki, Kiyevdə Ukraynanın müdafiəsi uğrunda həlak olan azərbaycanlı ilə vida mərasimi keçirilib. 

"Mərasimdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun nümayəndələri, Ukrayna Radasının bir neçə deputatı, Krım tatarlarının liderlərindən biri Rüfət Çibarov, Sabirin döyüş yoldaşları, orada yaşayan həmyerlilərimiz və xanımı iştirak edib. Əsas təşkilatçı isə hazırda Ukrayna cəbhəsində döyüşən Vidadi İsrafilov idi. Cənazənin gətirilməsini, vida və dəfn mərasimlərini təşkil edən həmin şəxsdir.
 

Sabir Qəzənfərov könüllü döyüşçü olub. O, Baxmut istiqamətində Rusiya hərbçiləri ilə döyüşlərdə qəhrəmancasına həlak olub. Onun həyat yoldaşı da Ukrayna uğrunda savaşda döyüşür".  

Mərhum azərbaycanlının xanımı Katyanın sözlərinə görə, o, Sabirlə birgə müharibənin ilk günlərindən bu prosesə qoşulub:

"Həyat yoldaşım Sabir Qəzənfərov könüllü dəstələrə qoşulub, Ramansk körpüsündə Rusiya ordusunun əsgərlərinin atəşə tutduğu uşaqları, qocaları, qadınları ölümdən xilas edib. Bundan əlavə, Buçada yaşanan faciədə insanlara yardım edib".

Katya onu da əlavə etdi ki, 5 ildir evli olduğu Sabir Özbəkistanda doğulan azərbaycanlıdır:

"O, valideynlərini 10 yaşında itirib. Sabir Ukrayna Silahlı Qüvvələrində xidmət edirdi. O, maşında yoldaşları ilə birlikdə döyüş tapşırığını yerinə yetirməyə gedərkən, Yeroslav adlı əsgərlə bir yerdə həlak olub. Üç nəfər isə yaralanıb. Mən də Ukrayna Silahlı Qüvvələrində həkim kimi xidmət edirəm".

Qeyd edək ki, son 8 ayda Ukrayna uğrunda (döyüş şəraitində) həyatını itirən həmyerlilərimizin sayı 30-a yaxındır.

https://lent.az/xeber/sosial/ukraynada-helak-olan-azerbaycanli-doyuscunun-xanimi-danisdi-video-40553402?fbclid=IwAR3bmYED_gqoXlEyIDDDOzB-QXvfL6lwKkYIbh1SZD6aJle7ifVm4E4MAcM

 

 

Теги: 
Видео