UABD-nin göndərdiyi yardım Odessaya çatdı

пятница, 00:00

“Diaspora işi çətin işdir. Qiyməti çətin, gec verilir, iradlar eşidirsən, bəzən yorulursan, özünə də nifrət edirsən. Amma dövlətini, vətənini, millətini sevən birisənsə bunları boş verirsən. Çünki xidmət edirsənsə doğru yoldasan”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Odessa üzrə nümayəndəsi Anar Natiqoğlu çıxış edib.

A.Natiqoğlu bildirib ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəxri sədri Oktay Əfəndiyev və hazırkı sədr Hikmət Cavadov bu yolda yorulmadan, usanmadan davam edən şəxsiyyətlərdəndir:

“Bu gün onların rəhbərliyi və təşəbbüsü ilə Odessada, bu çətin günlərdə 70 azərbaycanlı ailə 30 kq-lıq ərzaq yardımı aldılar. Biz də bu müqəddəs, xeyirxah işə vasitəçi olduq. Allah min əvəzini versin. Tanrı xalqımızı, dövlətimizi, millətimizi qorusun. Slava Ukraine!!!”

https://xezernews.az/?c=news&id=84785&fbclid=IwAR16-SkLCwR8b9UECqj63XPKjJYawhANX4SdcHB-5icGlsQJMKRpMH2yvMI

Теги: 
Новости регионов