Deputat: “Azərbaycanın Ukraynanın 4G şəbəkəsinə investisiyalar yatıracağına ümid edirik”

пятница, 00:00

“Ukrayna hökuməti ölkə ərazisinin 90 faizini əhatə etməsi üçün Azərbaycanın 4G şəbəkələrinin inkişafında iştirak etməsində maraqlıdır”.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bunu Ukrayna xalq deputatı Maryan Zablotski “Ukrayna-Azərbaycan: əməkdaşlıq perspektivləri” mövzusunda təşkil edilmiş beynəlxalq dəyirmi masada çıxış edərkən bildirib.

O qeyd edib ki, Ukraynada mobil rabitə tariflərinin aşağı olması səbəbindən bu sahəyə investisiya yatırılması baxımından çətinliklər mövcuddur.

“Belə bir şəbəkənin qurulması baha başa gəlir. Ukraynada mobil rabitə tarifləri bir o qədər də yüksək deyil və çoxları bu sahəyə investisiya yatırmaq istəmir. Ümid edirik ki, məhz Azərbaycanın investisiyaları hesabına Ukrayna ərazisinin böyük hissəsini və əhalisinin 90 faizini əhatə edə bilərik. Bizim üçün bu, vacibdir və biz bunu dəstəkləməyə hazırıq”, - M.Zablotski bildirib.

Bununla belə, o qeyd edib ki, 4G-nin tətbiqinin COVID-19-dan sonrakı dövrdə həyata keçirilməsi vacibdir.

“4G ilə bağlı hər 3 operatora verilmiş lisensiya şərtləri Ukrayna ərazisinin 90 faizinin, o cümlədən 2 min nəfərdən çox əhalisi olan bütün yaşayış məntəqələrinin yüksəksürətli internetlə təmin olunmasını nəzərdə tutur. Plana əsasən bu, 1 il yarımdan sonra baş verməlidir. Daha 2 il yarımdan sonra isə Ukraynanın bütün əsas magistralları sürətli internetlə təmin edilməlidir. COVID-19-dan sonrakı iqtisadiyyatda bu, onlayn-təhsil, tibbi konsultasiyalar və s. deməkdir”, - deputat deyib.

https://report.az/xarici-siyaset/deputat-azerbaycanin-ukraynanin-4g-sebekesine-investisiyalar-yatiracagina-umid-edirik/?fbclid=IwAR23E611gedcZzFe50wa6OQlS92tuV4LEOrR32QJNUgknOfk9a01-HRzlGw

Теги: 
Украина