Beynəlxalq Qarabağ Forumu Prezidentə müraciət etdi

воскресенье, 00:00

Beynəlxalq Qarabağ Forumunun Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, İsveç, Almaniya, Niderland, Belçika, ABŞ, İsveçrə, Avstriya, Fransadan olan üzvləri Azərbaycan respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət ediblər. Müraciətdə göstərilir: “Biz, Beynəlxalq Qarabağ Forumunun üzvləri Azərbaycanın işğalçı Ermənistana qarşı, onun təxribatlarını dəf etmək üçün başladığı əks-hücum əməliyyatlarını, torpaqlarımızın azadlığı naminə müqəddəs savaşını böyük sevinc, fəxr, qürur hissi ilə dəstəkləyir, Sizin bütün addımlarınızı ürəkdən alqışlayırıq. Xalqımızın, bütün dünyadakı soydaşlarımızın illərdi həsrətlə gözlədiyi Qələbə gününün uzaqda olmadığına, Sizin rəhbərliyinizlə bütün torpaqlarımızın, Qarabağımızın tezliklə azad olunacağına tam inanırıq. Biz yaşadığımız ölkələrdə ümumi qələbəmiz naminə yorulmadan çalışır və Vətənin müdafiəsi naminə Sizin bütün əmrlərinizi yerinə yetirməyə hazır olduğumuzu bildiririk. Hər birimiz müqəddəs savaşda, Vətən Müharibəsində əmrə hazır əsgərlərik! Allah millətimizi, Dövlətimizi, Ordumuzu qorusun! Qələbə hökmən bizim olacaq! Ya Qarabağ, ya ölüm!”.

Beynəlxalq Qarabağ Forumuna daxil olan təşkilatların rəhbərləri:

            Azərbaycan: Akif Nağı, Emin Həsənli, Sultan Əzimzadə, Firidun Məmmədov, Firuzə Əsədullayeva, Mehriban Abdullayeva, Şərqiyyə Dadaşova, Elxan Şahinoğlu.

Türkiyə: Bilal Dündar, Cəfər Dal, Camal Barış, Möhsün Akçay, Rafet Ulutürk, Ziya Zakir Acar, Kərəm Karabulut, Sözer Akyıldırım, Qazax Nağı, Tural Qədirli.

Rusiya: Əli Kazımov, Elxan Rüstəmov, Azər Səfərov, Elşən İbrahimov, İlham Əliyev, Həşim Əliyev, Haşim İsgəndərli, İlham Tağıyev, Tofiq Rzayev, Sultan Mərzili, Ceyhun Əliyev, Fikrət Qasımov.

Ukrayna: Burzu Əliyev, Fərhad Turanlı, Hikmət Cavadov, Eldar Tağıyev,  Anar Natiqoğlu.

Gürcüstan: Sabir Mehdiyev, Elşad Əliyev.

İsveç: İradə Əliyeva, Kənan Hacıəkbəroğlu, Elvin İbrahimli, Nizami Tağısoy.

Almaniya : Samir Həsənov, Zaur Əliyev, Mustafa Qula Bala, Rəsul Aslanov, Asif Məsimov.

Belçika: Ədalət Quliyev, Namiq Babayev, İlkin Hüseynov.

Fransa: Saleh Qəhrəmanlı.

İsveçrə: Nurlan Əmrahov.

ABŞ: Ehtiram Əsgərli.

Avstriya: Fərid Əzizov.

Niderland: Mayisə Ağamirzəyeva.

QAT Mətbuat Xidməti

01 oktyabr 2020.

https://qat.az/?p=51427&fbclid=IwAR16PVYnWTUNdehzNzFK-rhMi3P6mt6Ri847JzbJLVgZxpqNjTCa0xBJkBk

Теги: 
Азербайджан