Bakıda Ukraynaya dəstək məqsədilə yeni bir aksiya keçirilir.

понедельник, 00:00

Bakıda Ukraynaya dəstək məqsədilə yeni bir aksiya keçirilir. Belə ki, tanınmış yazıçılarımızdan Kəramət Böyükçöl Azərbaycan Milli Elmlər Akademiyası binası qarşısında müəllifi olduğu kitabların fərdi satışını təşkil edib. Aksiyadan əldə ediləcək bütün vəsaitlər Ukraynanın Azərbaycandakı səfirliyinə çatdırılaraq hazırda qaçqın və məcburi köçkün həyatını yaşayan ukraynalı məktəblilərin ehtiyacları üçün sərf olunacaq.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində Vətənimin başına gəlmiş müsibətlərin, Ermənistandan və əvvəllər işğal altında qalmış Qarabağ torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin yaşadıqları acınacaqlı vəziyyətin canlı şahidi kimi, bununla yanaşı Ukraynanı ikinci Vətən bilən bir şəxs və Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri kimi mən də bu aksiyaya böyük həvəslə dəstək verdim.
Fikrimcə, təkcə Ukrayna ilə hansısa tellərlə bağlı olanlar yox, ümumiyyətlə Rusiya tərəfindən bu ölkəyə qarşı işğalçılıq və hərbi cinayətlər törədildiyini dərk edən hər bir azərbaycanlı da Ukrayna xalqına, dövlətinə, ordusuna kömək olmaq üçün əlindən gələni əsirgəməməlidir. Odur ki, ukraynalı uşaqlarının nəfinə daha çox ianə toplanması naminə hər kəsi Kəramət Böyükçölün kitablarını almağa səsləyirəm!
Xatırladım ki, Azərbaycan daim qardaş Ukraynaya hərtərəfli yardımlar göstərib və göstərir. Əvvəla, dövlətimiz tərəfindən rəsmi səviyyədə Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə olunur. Bununla yanaşı, SOCAR-Ukraine şirkəti irimiqyaslı müharibənin ilk günündən etibarən Ukrayna Müdafiə Nazirliyinə və “təcili tibbi yardım” xidmətinə məxsus avtomobiləri pulsuz olaraq yanacaqla təmin edir. Habelə, Azərbaycandan Ukrayna şəhərlərinə göndərilən humanitar yüklərin həcmi artıq 1700 tondan çoxdur.
İndi də çox sayda keçirilən həmin yardım aksiyalardan daha biri və bu aksiyanın ədəbiyyat adamı tərəfindən keçirilməsi çox əlamətdar haldır. Bu hadisə göstərir ki, Azərbaycanda bu gün ən müxtəlif peşə, sosial mövqe, yaş, siyasi mənsubiyyət təmsilçiləri dost və qardaş Ukraynaya hazırkı ağır vəziyyətdə əllərindən gələn kömək etməyə hazırdır və edirlər.
Biz birlikdə güclüyük! Eşq olsun Ukraynaya! Eşq olsun qəhrəmanlara!
_______________________________________
Новая акция в поддержку Украины в Азербайджане. Известный писатель Керамет Беюкчель организовал продажу книг собственного сочинения перед зданием Академии Наук Азербайджана. Все средства, собранные в результате этой акции, будут переданы в посольство Украины в Азербайджане для покупки всего необходимого украинским школьникам, многие из которых оказались в положении беженцев и вынужденных переселенцев.
Я, как азербайджанец, помнящий ужасы оккупации моей Родины со стороны Армении, видевший ужасающие условия, в которых жили беженцы и вынужденные переселенцы из Армении и ранее оккупированных территорий Азербайджана, с радостью поддержал эту акцию. Поддержал я ее и как человек, для которого Украина является второй Родиной. Наконец, я поддержал ее, как глава ОДАУ. Считаю важным и необходимым, чтобы каждый азербайджанец, как связанный с Украиной так и просто понимающий очевидный факт военных преступлений против нее со стороны России, внес свой посильный вклад в дело помощи украинской армии, украинского государства, украинского народа.
Призываю всех покупать книги Керамета Беюкчеля , дабы сумма, собранная для украинских детей была большей.
Замечу также, что Азербайджан всегда и всячески оказывал помощь братской Украине. Это выражается и в позиции официального Баку по поддержке территориальной целостности Украины. Это выразилось и в том, что компания СОКАР-Украина, с первого дня войны бесплатно обеспечивала машины "Скорой помощи" и МО Украины топливом. Это выразилось и в гуманитарной помощи, объем которой превысил 1700 тонн, которую Азербайджан отправил в города Украины.
Сейчас мы увидели очередную, которую уже по счету, акцию в поддержку Украины. Примечательно, что она проведена писателем. То есть, представителем культуры. И это доказывает, что представители самых разных профессий, статусов, возраста и политической ориентации в Азербайджане едины в желании и готовности поддержать ее в столь сложный, переломный, драматический момент.
Вместе мы сила! Слава Украине! Героям слава!

https://www.facebook.com/hikmat.javadov/posts/pfbid02bhDa1t67mM238GFFdz8hmrepqreFARbxxvGX98x5bqGbfZUH1o9Ve2uVwPeokuRQl

 

Теги: 
Азербайджан