Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatınına yeni sədr seçilib

понеділок, 20:54

Aprelin 12 Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının (ÜAGT) hesabat-seçki konfransı keçirilib.
Tədbirdə Ukraynanın müxtəlif bölgələrindən nümayəndələr, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK), digər diaspor təşkilatlarının təmsilçiləri, Ukraynanın mədəniyyət və incəsənət xadimləri, idmançılar iştirak ediblər.

Tədbirdə təşkilata sədr, müavinlər, idarə heyətinin və müşahidə şurası üzvlərinin seçkisi keçirilib.
Səsvermə nəticəsində Daməd Əskərov ÜAGT-nin sədri, Tamerlan Sadıqov və Şirəli Şükürov sədr müavinləri seçilib. Eyni zamanda, ÜAGT-nin idarə heyətinin və müşahidə şurasının üzvləri müəyyənləşib.

Konfransda çıxış edənlər gəncləri təbrik edib, onlara gələcək fəaliyyətində uğurlar arzulayıblar.

ÜAGT-nin öz sıralarını digər xalqların nümayəndələri ilə daha da genişləndirməyə çağıran Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi isə bildirib ki, Azərbaycan dövləti və Dövlət Komitəsi hər zaman onların yanındadır.
Qeyd edək ki, ÜAGT 2011-də ildə yaradılıb və Ukraynanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Теги: 
Украина
Новости молодежи
Изображение