Ukraynadakı azərbaycanlı gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirilib - FOTO

вторник, 10:55

Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Biləşmiş Diaspor mərkəzində, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatı (ÜAGT) və Azərbaycan –Slavyan Gənclər Assosiasiyasının (ASGA) təşkilatçılığı ilə 2 fevral Gənclər Günü münasibətilə tədbir keçirilib.

ÜAGT-dan «Həftə içi»nə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan bu qurumun icraçı drektoru Elməddin Zərbəlizadə azərbaycanlı gəncləri Gənclər Günü münasibətilə təbrik edib. Gənclərin Azərbaycanın indiki dövründə ictimai və siyasi arenalarda feal iştirakından danışıb. O qeyd edib ki, təməli ulu öndər tərəfindən qoyulan və prezident İlham Əliyevin qayğısı nəticəsində xarici ölkələrdə təhsil alan gənclərimiz bu gün Azərbayanı dünyanın hər yerində müsbət təbliğ edirlər. ÜAGT–nın sədr müavni və Azərbaycanın Kiyevdəki səfirliyinin əməkdaşı İsgəndər Zamanov ÜAGT–nın azərbaycançılığı yüksək səviyyədə təbliğ edən dövlətçi gənclər tərəfindən qurulduğunu,hər zaman bu yolun yolçusu olacaqlarını bildirib və Ukraynada yaşayan, eləcə də təhsil alan gənclərə uğurlar arzulayıb. Bundan əlavə, ÜAGT üzvləri Kamal Qurbanov,İpək Huseynzadə, Ukrayna vətəndaşı olan gənc ictimai fəal Coşqun Sabirli, Gənclər Dünyası təşkilatının sədri Nicat Mirzəyev çıxış edərək gənclərimizə uğurlar arzulayıblar. Tədbirin gedişində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadovun, ÜAGT sədri Elsevər Paşayevin və ÜAGT–na daxil olan ASGA və Yeni Nəfəs Hərəkatı Ukrayna nümayəndəliyinin başçısı, ÜAGT idarə heyyətinin sədri Xəzri Elxanoğlunun təbrikləri E.Zərbəlizadə tərəfindən gənclərimizə çatdırılıb. Tədbir iştirakçıları,sonra gənclər siyasətindən,lobbiçilikdən və 2015-ci ildə görəcəkləri işlər barəsində müzakirə apardılar. Tədbirin sonunda E.Zərbəlizadə tərəfindən aktiv ictimai fəaliyyətlərinə görə Nigar Əmirzadə, İpək Huseynzadə, Fəxrəddin İsgəndərzadə, Nicat Mirzəyev ÜAGT–nın fəxri diplomu ilə mükafatlandırılıb.

              Vüsal Tağıbəyli
 
              
Теги: 
Новости молодежи